news Image
2016.05.13
10:30
| A A A
"Torpaqlarını hərbi yolla qaytarmaq Azərbaycanın haqqıdır"

"Bu bir faktdır ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və qaytarılmalıdır". Bunu APA-ya açıqlamasında Estoniyanın sabiq prezidenti Arnold Rüütel bildirib.

O qeyd edib ki, vasitəçi Minsk Qrupu mümkün qədər sülh yolu ilə məsələni həll etməli və tərəflər danışıqlar vasitəsilə münaqişəni nizamlamalıdırlar: "Amma, əgər Azərbaycan görsə ki, sülh yolu ilə məsələ həll olunmur və başqa çarə qalmır, o zaman hərbi yolla torpaqlarını geri qaytarmağa haqqı çatır".


Keçmiş prezident bildirib ki, ermənilər son vaxtlar Dağlıq Qarabağı Avropada "müstəqil dövlət" kimi tanıtmağa cəhdlər edirlər: "Amma bu uğursuz cəhddir. Əvvəla, azərbaycanlıların haqlı təbliğatı sayəsində artıq insanlar həqiqətdən xəbərdardırlar. Digər tərəfdən isə regionda, xüsusilə də digər dövlətin ərazisində ermənilərin ikinci dövlət qurmaq cəhdi heç bir normaya uyğun gəlmir və düzgün deyil".


A.Rüütel onu da qeyd edib ki, son zamanlar azərbaycanlıların Estoniyada fəallığı digər Qafqaz xalqlarının, xüsusilə də, erməni icmasını üstələyib: "Məhz bunun sayəsindədir ki, Estoniya siyasətçiləri artıq Cənubi Qafqazdakı münaqişəyə Azərbaycanın ərazi bütövlüyü prizmasından baxırlar və Avropa Birliyində də mövqeləri budur".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs