Əlaqə Arxiv
news Image
2016.05.13
11:14
| A A A
Türkiyə daha 8 şəhid verdi

Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda antiterror əməliyyatları davam edir. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə terrorçularla hərbçilər arasında baş verən toqquşmada 6 əsgər şəhid olub. Köməyə gedən helikopter də qəzaya uğrayıb. Nəticədə helikopterdə olan iki hərbçidə şəhid olub. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Baş verən hadisə ilə bağlı Türkiyə Baş Qərargahı açıqlama yayıb: "13 may saat 04.50-da Hakkari Çukurca Çığlı bazasında terrorçularla qarşıdurmada 6 qəhrəman silah yoldaşımız şəhid olub. Müdaxilə üçün ərazi yə cəlb edilən heikopter də qəzaya uğrayıb. Qəza ilə bağlı araşdırma aparılır".

Qeyd olunub ki, indiyə qədər 6 terrorçu məhv edilib. Terrorçuları zərərsizləşdirmək üçün bölgəyə "F-16" təyyarəsi, pilotsuz uçan aparat, əlavə canlı qüvvələr cəlb edilib.


Sizin Reklam Yeriniz