Əlaqə Arxiv
news Image
2016.05.14
10:00
| A A A
Ermənistan nüvə terroru…
“Metsamor” atom elektrik stansiyası nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır

Ermənistanın "Metsamor" atom elektrik stansiyasının (AES) Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilməsi haqda artıq birneçə ildir həyəcan təbili çalınmasına baxmayaraq, bu stansiyanın fəaliyyəti hələ də dayandıırlmayıb. Əksinə, bel əgörünür ki, stansiyanın yaratdığı təhdidin miqyası getdikcə artır. 1976-cı ildə tikilən "Metsamor" atom elektrik stansiyası 30 illik müddət üçün istifadəyə yararlı olsa da, Ermənistan onun istifadə müddətini 2026-cı ilə qədər uzadıb.

Halbuki, "Metsamor" AES seysmik zonada yerləşir və baş verə biləcək təbii fəlakət faciəyə səbəb ola bilər. Qeyd edək ki, "Metsamor" AES-də baş verə biləcək qəza il kolaraq qonşu Türkiyə, İran, Cənubi Qafqaz ölkələrində faciələrə yol açacaq. Bu AES o qədər köhnədir ki, qəza zamanı radiasiyanın qarşısını ala biləcək korpusu da yoxdur. Azərbaycan üçün isə yaranan təhdidin miqyası daha böyükdür. Təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayan Azərbaycan əslində nüvə terrorizmi və radiasiya riski ilə də üz-üzədir. Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantıları basdırması, "Metsamor" AES-in radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması inkar edilməz faktlarla təsdiqini tapıb. İşğal altında olan Azərbaycan əraziləri qadağan olunan nüvə məhsullarının tranzit daşınmasında da böyük risklər yaradır.

Digər tərəfdən beynəlxalq terrorizmlə mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, artıq bu bəla insan cəmiyyəti üçün bir nömrəli problemə çevrilməkdədir. Son vaxtlar Ermənistan rəhbərlərinin Azərbaycan və Türkiyə qarşı radiaktiv tərkibli silahdan istifadə etmək təhdidi bu fonda xüsusi diqqət cəlb edir. Özü də nəzəər alaq ki, "Metsamor" AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır. Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair onlarla fakt mövcuddur. Bunlardan son ikisinə diqqət yteirməklə də qeyd olunanların təsdiqini görmək olar. Belə ki, 2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində, Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib. Yenə b uilin lin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər "Metsamor" AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış. Bütün bunlar üzərində isə dünya ictimaiyyətini daha ciddi düşündürməlidir. Unutmaq olmaz ki, Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan torpaqlarında terrorçu təşkilatlara təlim düşərgəsi yaradıb. Heç kim zəmanət verə bilməz ki, terrorçuluğu dəstəkləyən, ayrı-ayrı terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan "Metsamor" AES-in imkanlarından Azərbaycan və Türkiyəyə, digər ölkələrə qarşı məqsədli istifadə etmək niyyətində deyil. Ermənistandakı nüvə reaktoru tək təhlükəsizlik üçün təhdid deyil, həm də "çirkli bomba" üçün potensial radioaktiv material mənbəyidir.

Artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilat "Metsamor" AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər. Bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə "Stop Metsamor!" kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqqer change.org saytında "Metsamor" AES-in bağlanmasını tələb edən "Stop Metsamor!" petisiyası üzrə imza toplanmasına start verib. Bu məsələyə həmin petisiya fonunda diqqət artırılmalı və "Metsamor" AES təhdidi birdəfəlik aradan qaldırılmalıdır. Əks təqdirdə, bundan təkcə Qafqaz yox, böyük coğafiyaad yerləşən çoxsaylı ölkələr ciddi zərər görə bilər.

Sizin Reklam Yeriniz