news Image
2016.05.14
17:00
| A A A
XİN: Bütün beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbi məlumdur

Bütün beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbi məlumdur. Bunu Movqe.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.


Ermənistan mətbuatında xarici işlər naziri Edvard Nalbandyanın Fransaya səfəri zamanı guya təmas xəttində atəşkəs rejiminin pozulması hallarını qeydə alacaq avadanlıqların tədarük edlməsi barədə razılıq əldə olunması barədə yayılan məlumatlarla bağlı fikir bildirərkən H.Hacıyev qeyd edib: "Biz Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumatları şərh etmirik. Edvard Nalbandyanın Fransada nələri müzakirə etməsi də bizə məlum deyil. Bütün beynəlxalq ictimaiyyətə məlumdur ki, Ermənistan tərəfindən güc tətbiq edilərək Azərbaycan Respublikasının ərazisi işğal edilib və münaqişənin əsas səbəbi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdə mövcudluğudur. İnsidentlərin araşdırılması mexanzminə gəldikdə isə Azərbaycan dəfələrlə bəyan edib ki, bu yardımçı mexanizmə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib elementlərindən biri kimi baxıla bilər. Əks təqdirdə, bu mexanizm işğal faktına əsaslanan mövcud status-kvonun saxlanmasına xidmət edə bilər".


XİN rəsmisi əlavə edib ki, status-kvonun isə qəbuledilməz və qeyri-davamlı olduğunu ATƏT-in Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində dəfələrlə bəyan ediblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs