news Image
2016.05.15
17:00
| A A A
Türkiyənin müdafiə naziri: Qarabağın işğalı siyasəti davam etdirilə bilməz

Ermənistan Dağlıq Qarabağın işğalı siyasətini davam etdirə bilməz. İşğal siyasəti heç bir yerdə qazana bilməz.

Bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz Qəbələdə keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə deyib.

Türkiyəli nazirin sözlərinə görə, erməni xalqının rifaha ehtiyacı var: "Bunun yolu sülhdən keçir. Sülhün isə necə olacağı bəllidir. Bu, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllidir. Türkiyə bundan kənarda başqa bir həll yolunu dəstəkləmir. Türkiyə Azərbaycan xalqının yanındadır".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs