Əlaqə Arxiv
news Image
2016.05.15
19:00
| A A A
Almaniya parlamenti qondarma “erməni soyqırımı” barədə qətnamə qəbul etməyə hazırlaşır
Layihəni Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir hazırlayib

Almaniya Bundestaqı qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etmək niyyətindədir.

Movqe.az-ın məlmatına görə, bu barədə "Bild am Sonntag" qəzeti yazıb.

Parlamentdəki fraksiyalar intensiv müzakirələrdən sonra bu qərara gəliblər. Qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımı haqqında yaddaş" adlanır. Bundestaqda qanun layihəsinin iyunun 2-də müzakirəyə çıxarılması planlaşdırılır.

Layihənin müəllifi, Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmir qəzetə müsahibəsində deyib ki, bu qətnamə Ankaranı qıcıqlandıracaq, ancaq Bundestaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şantaj olunmasına imkan verməyəcək.

Bundestaqda xristian-demokratların fraksiyasının rəhbəri Folker Kauder isə hesab edir ki, qətnamə türklərlə ermənilər arasında barışığa kömək edəcək.


Sizin Reklam Yeriniz