Əlaqə Arxiv
news Image
2016.05.16
17:30
| A A A
Deputatlarımız Avropaya gedir

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 16-dan 19-dək İtaliyanın Roma şəhərində səfərdə olacaqlar.


Movqe.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda Avropa İnsan Haqları Məhkəməsi və beynəlxalq cinayət məhkəməsi ilə əməkdaşlığın gücləndirilməsi, Avropa institutlarının şəffaflığı, saxlanılmış şəxslərin vəkillərlə sərbəst əlaqə saxlama imkanının artırılması və digər cari məsələlər müzakirə olunacaq.


Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.


Bundan başqa, mayın 18-də deputat V.Hüseynov Beynəlxalq AntiKorrupsiya Akademiyasının İdarə heyətinin görüşündə iştirak etmək üçün Avstriyaya səfər edəcək.

Sizin Reklam Yeriniz