Əlaqə Arxiv
news Image
2016.05.17
16:12
| A A A
Mehriban Əliyeva amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət etdi

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.


Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.


Onun sözlərinə görə, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir: "Bu 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrum etmə yerlərindən azad ediləcək".


Z.Əsgərov bildirib ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciətidir.


Milli Məclisin bu məsələ ilə bağlı iclasının mayın 20-də keçiriləcəyi gözlənilir.

Sizin Reklam Yeriniz