Əlaqə Arxiv
news Image
2016.05.17
17:25
| A A A
Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vyana görüşünün nəticələrini alqışlayır

Fransa hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada keçirilmiş beynəlxalq görüşün nəticələrini alqışlayır.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal deyib.


O qeyd edib ki, Vyanada tərəflərin üzərinə götürdükləri öhdəliklər böyük əhəmiyyətə malikdir: "Fransa həmin öhdəliklərə əməl etməyə çağırır və Minsk qrupunun həmsədri qismində rusiyalı və amerikalı tərəfdaşları ilə vasitəçiliyini davam etdirəcək".



Sizin Reklam Yeriniz