news Image
2016.05.19
09:00
| A A A
Erməni cinayətlərinə Qərbdə hələ də göz yumulur
Tahir Kərimli: “Ermənilərin bu cinayətlərinə Qərbin göz yumması xristian təəssübkeşliyindən qaynaqlanır”

Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə dördüncü Cenevrə konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur. Ağ fosfor tərkibli silahları həmçinin, Ermənistanın da 2004-cü ildə qoşulduğu "1997-ci il terrorçu partlayışlara qarşı mübarizəyə dair beynəlxalq konvensiya"sına əsasən "Alışdırıcı silahlar və ya qurğular" kimi də təsnif edilə bilər. Lakin maraqlıdır ki, dünya birliyi hələ də Ermənistanın bəşəriyyətə qarşı olan bu cinayətinə lazımı reaksiya vermir. Bu günə qədər beynəlxalq birliklərdən, o cümlədən ATƏT-in Minsk qrupundan məsələ ilə bağlı hər hansı bir reaksiya ortalığa gəlməyib.

Milli Məclisin deputatı Tahir Kərimlinin fikrincə, bu məsələnin kökündə erməni təəssübkeşliyi dayanır: "Erməni separatçıları utanmadan, çəkinmədən özlərinə bufer zona yaratmaq adı ilə Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayonu da işğal edeib. Bununla bərabər Ermənistan prezidenti deyir ki, son aprel döyüşlərində 800 hektar torpaq itiriblər. Dünya birliyi buna da reaksiya vermir. Eyni zamanda, ermənilərin bu avantürası ilə dinc sakinlər də atəşə tutuldu, sıxışdırıldılar. Buna da göz yumurlar.

Üstəlik, 1949-cu ilin Cenevrə Konvensiyasına zidd olaraq kimyəvi, fosfor silahlarından mülki əhaliyə qarşı da istifadə edirlər. Lakin Qərb yenə də ermənilərin bu ərköyünlüyünə susur, hər hansı bir reaksiya vermir. Belə cinayət hallarına reaksiya verməmələrinin kökünü Qərbin Ermənistana verdiyi dəstəklə bağlayıram. Çünki sovet dövlətinin dağılmasında Ermənistan Qarabağ problemi ilə Qərbə böyük köməklik göstərib. Onlar Qarabağı Ermənistana vəd ediblər, ona görə də onun bütün ərköyünlüyünə dözürlər. Bu qədər olmaz axı? Nə beynəlxalq hüquq, nə qanunun aliliyini, nə də bir insanlıq tanıyırlar. Ona görə əminəm ki, ermənilərin bu cinayətlərinə göz yummaları bir tərəfdən xristian təəssübkeşliyindən qaynaqlanırsa, digər tərəfdən Dağlıq Qarabağın Ermənistana vəd edilməsidir. Bunu da SSRİ-nin dağılmasındakı xidmətlərinə görə Ermənistana söz veriblər. Belədə onu nəinki cəzalandırmır, hətta gözün üstə qaşın var da demirlər. Onlar birbaşa olaraq Ermənistanı müdafiə edirlər".




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs