news Image
2016.05.19
13:00
| A A A
Azərbaycanla Litvanın regionları arasında birbaşa əlaqələrin qurulması vacibdir

Mayın 18-də Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və Litvada rəsmi səfərdə olan Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Klaypeda şəhərinə səfər ediblər.


Səfirlikdən Movqe.az-a verilən məlumata görə, səfər zamanı Klaypeda şəhərinin meri Vitautas Qrubliauskas və Klaypeda limanının rəhbərliyi ilə görüşlər keçirilib.


Şəhər meri ilə görüş zamanı Azərbaycan və Litva arasında siyasi, sosial, humanitar və iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, o cümlədən ölkələrimizin regionlararası əlaqələrin genişləndirilməsində maraqlı olduğu bildirilib.


İki ölkə arasında münasibətlərin inkişafında humanitar sahənin xüsusi rol oynadığı vurğulanaraq, regionlar arasında birbaşa mədəni əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.


Sonra Klaypeda Limanının rəhbərliyi ilə görüş keçirib.


Görüşdə limanın rəhbərliyi tərəfindən limanın infrastrukturu, imkanları, həyata keçirilən yeni layihələr barədə məlumat verilib, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs