Əlaqə Arxiv
news Image
2016.05.20
09:50
| A A A
Milli Məclisin nümayəndə heyəti Monteneqroya səfər edəcək

Mayın 20-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərinə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Nümayəndə heyəti burada Monteneqronun müstəqilliyinin 10 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq.

Milli Məclisin Sədri Oqtay Əsədovun yubiley tədbirində iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.


Sizin Reklam Yeriniz