news Image
2016.05.20
09:50
| A A A
Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MQİMO) olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MQİMO-nun Azərbaycanlı Məzunlar Assosiasiyasının prezidenti Leyla Əliyeva universitetin rektoru Anatoli Torkunov və ali məktəbin tələbələri ilə görüşüb.

Görüşdə Universitetin Heydər Əliyev Fondu və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə əlaqələrinə toxunulub, habelə bu ali məktəb məzunlarının Bakıda müntəzəm görüşlərinin təşkili məsələsi müzakirə edilib.

Leyla Əliyeva universitetin müəllimləri və Azərbaycandan olan tələbələrlə söhbət edib, bu cür görüşlərin təşkilinin və həmvətənlər arasında əlaqələrin qorunub saxlanmasının vacibliyini qeyd edib.

Universitetin ümumi məsələlər üzrə prorektoru Artyom Malqin bildirib ki, Leyla Əliyevanı təkcə azərbaycanlı tələbələr deyil, həm də Bakının səmimiyyətlə qəbul etdiyi Məzunların Birinci Forumunda iştirak etmiş bütün tələbələr, məzunlar tanıyır və sevirlər.

Universitetin Azərbaycan Klubunun sədri Cavid Hüseynov bu qurumun fəaliyyətindən danışıb, klubun ilk sədri Leyla Əliyevanın əsasını qoyduğu ənənələrin davam etdirildiyini bildirib.

Postsovet Tədqiqatları Mərkəzinin kiçik elmi işçisi Elnur Mehdiyev Azərbaycan-Rusiya münasibətlərinin inkişafında mərkəzin rolundan danışıb. Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Nigar Məsumova Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən söhbət açıb və fakültənin tələbələri üçün Azərbaycana səfərlərin təşkili ənənəsinin davam etdirilməsi təklifini irəli sürüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs