Əlaqə Arxiv
news Image
2016.05.20
10:00
| A A A
Rusiyanın baş naziri Ermənistana gedib

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın paytaxtı İrəvana gedib.Movqe.az RİA "Novosti"yə istinadən xəbər verir ki, o, cümə günü Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirakı ilə keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Mayın 20-də İrəvanda AİB-nin Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək. Belə görüşlər bir qayda olaraq hər rübdə keçirilir. Bu, 2015-ci ilin yanvarından bu yana sayca 5-ci olacaq.


Sizin Reklam Yeriniz