Əlaqə Arxiv
news Image
2016.05.20
10:30
| A A A
Sərkisyan cinayətkarları həbsxanadan Qarabağa göndərib

Ermənistan prezidenti Serj Sərkisyanın fərmanı ilə 8 cinayətkar əfv olunub və həbsxanadan Qarabağa göndərilib. Virtualaz.org xəbər verir ki, bu barədə A1plus.am saytı yazır. Məlumata görə, İrəvandakı "Vardaşen" həbsxanasının bir qrup məhbusu Serj Sərkisyana müraciət edərək əfv olunmalarını xahiş edib və azadlığa buraxılacaqları halda Qarabağda hərbi xidmətə gedəcəklərini bildirib.

Cəzaların icrası idarəsindən bildiriblər ki, prezident 8 məhbusun əfv müraciətini təmin edib, ancaq Qarabağda xidmət məsələsinə şərh verilməyib. Vəkil Arutyun Baqdasaryan isə deyir ki, Sərkisyanın azadlığa buraxdığı məhbuslar xidmət adı ilə Qarabağa gedib bir neçə gün sonra geri qayıtsalar belə onların barəsində qərarı dəyişmək mümkün deyil. Çünki onlar prezidentin fərmanı ilə artıq məsuliyyətdən azad ediliblər. "Burası mühüm deyil ki, əfv barədə qərar hansı əsasla qəbul edilib"-vəkil deyib.

Baqdasaryanın sözlərinə görə görünür Sərkisyanın addımı hüquqi olmaqdan daha çox siyasidir. "İndi hamı başlayıb ərizə yazacaq ki, onları da Qarabağda xidmət əvəzində azadlığa buraxsınlar. Ona görə də görünür məqsəd siyasi ajiotaj yaratmaq olub", - vəkil deyib.

Siyasi ajiotaj dedikdə erməni vəkil onu nəzərdə tutur ki, Ermənistan həbsxanalarından məhbuslar bir-birinin ardınca Sərkisyana ərizə yazıb onları Qarabağa göndərməyi xahiş edə bilər. Ermənistan hakimiyyəti üçün isə bu, hətta məhbusların da Qarabağa görə döyüşə hazır olduğu barədə təbliğat aparmaq üçün yaxşı vasitədir.

Sizin Reklam Yeriniz