news Image
2016.05.20
14:14
| A A A
`Məhkumların sayının azaldılmalıdır`

"Aministiya aktı təşəbbüsünün əhəmiyyətini hər hansı düşüncə ilə izah etmək mümkün deyil".

Movqe.az  xəbər verir ki, bunu Milli Məclisin "28 may- Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deputat Fəzail İbrahimli deyib. Deputat bildirib ki, amnistiya aktının siyasi və mənəvi əhəmiyyəti olduqca böyükdür: "Bu, həm də Azərbaycanı insan hüquqları məsələsində ittiham edənlərə cavabdır". 

Deputat Çingiz Qənizadə çıxışı zamanı bildirib ki, Azərbaycanda 24 min məhkum var və bu kifayət qədər böyük göstəricidir. Milli Məclisin üzvü qeyd edib ki, məhkumların sayının azaldılmasına ehtiyac var: "Bu aministiya aktı 10 min nəfərə şamil olunmaqla onların sayının xeyli azalmasına səbəb olacaq. Nəticədə məhkumların sıxlıq və sosial problemləri aradan qalxmış olacaq. Həmçinin, aministiya aktının qəbul edilməsi ilə məhkumların saxlanması üçün sərf olunan vəsaitə qənaət ediləcək. Hesablamalara görə, 3 500 məhkum azadlığa buraxıldıqdan sonra onların saxlanmasına yönəldilən 12 milyon manata qənaət olunacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs