news Image
2016.05.20
14:34
| A A A
Xüsusi qabiliyyət ixtisaslarına qeydiyyat başlayır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az-a verilən məlumata görə, abituriyentlər ümumi qaydada "Abituriyentin elektron ərizəsi"nin təsdiqini təmin etdikdən sonra mayın 20‑dən iyunun 2-dək eservices.tqdk.gov.az/erizetex/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər.

   

Bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər. 

 

İxtisas seçimi zamanı abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs