Əlaqə Arxiv
news Image
2016.05.20
22:00
| A A A
"Qarabağda müharibə olsa, Azərbaycana bir neçə gün bəs edər"

"Mənə belə gəlir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra da işğal olunmuş Qarabağda silahlı qarşıdurmanın bərpa olunması riski hələ də yüksək həddə qalacaq".

Bu barədə day.az-a gürcüstanlı hərbi ekspert, "Arsenali" hərbi-analitik jurnalının baş redaktoru İrakli Aladaşvili bildirib.

Onun sözlərinə görə, münaqişə zonasında müşahidə kameralarının quraşdırılması erməni tərəfi üçün daşındırıcı faktor olmayacaq: "Kameraların quraşdırılmasından sonra da atışma davam edəcək. Bu, yaranmış vəziyyətdən çıxış yolu deyil. Bu üsulla münaqişə zonasında qarşıdurmanı dayandırmaq mümkün olmayacaq. Dağlı Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır".

Gürcüstanlı hərbi ekspert qeyd edib ki, "dördgünlük müharibə" zamanı Azərbaycan Ordusu Cənubi Qafqazda hələ istifadə edilməyən yeni silah növlərini uğurla nümayiş etdirib: "Silah növlərinin çoxu İsrail istehsalıdır. Bunlar həm pilotsuz uçan aparatlar, həm də yeni tank əleyhinə raket kompleksləridir. Azərbaycan son 10 il ərzində öz müdafiə qabiliyyətini çox yaxşı artıraraq gücləndirib və sübut etdi ki, onun ordusu ermənilərdən daha yaxşı silahlanıb. Bundan əlavə, onu da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında Rusiya istehsalı olan müasir silahlar da var, hansı ki, yeri gəlmişkən, Rusiyanın strateji müttəfiqi olan Ermənistanda yoxdur".

İ.Adalaşvili əlavə edib ki, işğal olunmuş Qarabağda aprel hadisələrinin yenidən baş verməsi ehtimalı var: "Fikrimcə, tammiqyaslı müharibə bərpa olunarsa, bu, uzunmüddətli xarakter daşımayıb cəmi bir neçə gün davam edəcək. Bir sözlə, ildırımsürətli müharibə (blitskriq) mümkündür və üstünlük Azərbaycan Ordusunun tərəfində olacaq. Presedent artıq var (aprel hadisələri nəzərdə tutulur - red.), ona görə də ehtimal etməyə əsas var ki, Azərbaycan Silahlı Qüvvələri yenidən öz uğurunu nümayiş etdirəcək".

Sizin Reklam Yeriniz