news Image
2016.05.20
18:20
| A A A
Kılıçdaroğluna yumurta atdılar

Türkiyənin ana müxalifət partiyasının lideri şəhidin dəfn mərasimində xoşagəlməz durumla üzləşib.

"Hürriyet" qəzetinin verdiyi məlumata görə, Vanın Gürpınar rayonunda PKK terrorçuları ilə atışmada şəhid olan 37 yaşlı çavuş Özgür Kara və Mardinin Nusaybin rayonunda PKK terrorçularının törətdiyi partlayış nəticəsində şəhid olan Erhan Yıldırım üçün bu gün Ankarada Kocatepe məscidində mərasim keçirilib.

Dəfn mərasiminə qatılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna kütlə arasından bir neçə yumurta atılıb. Yumurtalardan biri K. Kılıçdaroğlunun mühafizəçisinin çiyninə dəyib, qırılan yumurtanın ağı isə onun üzünə sıçrayıb. Hadisə ilə bağlı açıqlama verən K. Kılıçdaroğlu bildirib ki, heç kim onların şəhidlərin dəfn mərasiminə getməsinin qarşısını ala bilməz. Olayla bağlı 1 nəfər saxlanılıb.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs