Əlaqə Arxiv
news Image
2016.05.23
14:07
| A A A
Prezident İlham Əliyev: İstanbul sammiti humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək

Sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək.


Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda I Ümumdünya Humanitar Sammitdə çıxışında deyib.


Prezident bildirib: "Biz Azərbaycanda qaçqın və ya məcburi köçkün olmağın nə olduğunu çox yaxşı bilirik".


Qeyd edək ki, mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti öz işinə başlayıb.


Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.


Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Sizin Reklam Yeriniz