Əlaqə Arxiv
news Image
2016.05.23
15:25
| A A A
Azərbaycanla Fələstin arasında diplomatik pasportu olan vətəndaşların viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb

Azərbaycan Xarici işlər nazirinin müavini Araz Əzimov may 19-da Fələstinə səfər edib.


XİN-dən Movqe.az-a  verilən məlumatda bildirilir ki, səfər zamanı o, Fələstinin Baş Naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının Baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib.


Qeyd olunur ki, görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Səfər zamanı "Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanıb.

Sizin Reklam Yeriniz