Əlaqə Arxiv
news Image
2016.05.24
07:00
| A A A
Erməni işğalına son qoyulur
Fikrət Sadıxov: “Böyük sazişin konturları iyun görüşündə ciddi şəkildə müzakirə olunacaq” Zaur Əliyev: “İndiki Azərbaycan istənilən zaman Qarabağı azad etmək gücündədir”

Məlumdur ki, gələn ay Qarabağa münaqişəsi üzrə yeni danışıqlar olacaq. Artıq Ermənistan cəmiyyətində belə bir düşüncə formalaşıb ki, yeni itkilər vermədən ərazilər Azərbaycana qaytarılmalıdır. Məsələn, "Milli müqəddəratını təyin etmə" birliyinin sədri Paruyr Hayrikyan oxşar fikirlərlə çıxış edib.

Bundan başqa, erməni politoloq Aqasi Enokyan mövcud siyasi durumu dəyərləndirərək qeyd edib ki, Serj Sarkisyan işğal olunan Qarabağ torpaqlarını Azərbaycana qaytaracaq. Siyasi şərhçilərin fikrincə, erməni cəmiyyətində bu cür düçüncələrin yaranması əbəs deyil və bunun gələcəkdə Qarabağ danışılarına böyük təsiri olacaq. Artıq erməni cəmiyyəti məğlub ruhuna köklənib.

Politoloq Fikrət Sadıxov bildirdi ki, əslində, qeyri-şərtsiz rayonların hamısı Azərbaycana qaytarılmalıdır: "Bununla bağlı çoxsaylı qətnamələr var. Böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İyun ayında da yeni görüş planlaşdırılır. Aparıcı dövlətlərin rəsmilərinin bəyanatlarından belə çıxır ki, iyun ayında böyük bir sazişin konturları müzakirə olunacaq.

Qəti şəkildə demək olmaz ki, erəmənilər bütün torpaqları azad edəcək. Lakin bir reallıq var ki, onlar Azərbaycanın iradəsini gördülər. Başa düşdülər ki, Azərbaycan bəyanatlar yox, əməllərlə öz torpaqlarını azad etəməyə hazır olduğunu dünaya sübut etdi. Bunu hər an etməyə hazırdır və edəcək. Ona görə də iyunda hansısa təkliflərin irəli sürülməsi real görünür. Böyük sazişin konturları iyun görüşündə ciddi şəkildə müzakirə olunacaq. Söhbət ondan gedir ki, prosesdə müəyyən konkret addımlar atılsın. Yəni, prosesə başlanılsın.

Torpaqların azad olunmasına heç kəs şübhə etməməlidir. Beynəlxalq normalar bunu diqtə edir. Ona görə də biz daha konkret addımlar atacağıq. Bununla bağlı dünya güclərində heç bir şübhə yaranmamalıdır. Biz torpaqların, hərb, ya da diplomatik yolla azad edilməsinə hazır olduğumuzu bildirmişik".

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Əliyev bildirdi ki, erməni cəmiyyətində belə bir fikri Azərbaycan formalaşdırıb: "Çünki, apardığımız mübarizə Ermənistanı qorxuya salıb. Artıq qarşılarında əvvəlki Azərbaycan deyil. İndiki Azərbaycan istənilən zaman Qarabağı azad etmək gücündədir.

Ermənistan xalqı başa düşür ki, Qarabağda hərbi xidmət etmək əbəsdir. Eyni zamanda özlərinin qanunvericiliyinə ziddir. Ermənistan konstitusiyasında Ermənistan vətəndaşının digər bir ölkənin ərazisində hərbi xidmət etməsi rəsmən qadağan olunur. Həmin konstitusiyanı da birbaşa Sarksiyan tərəfindən pozulması, əsgər ölümü artıq Ermənistan cəmiyyətini düşündürür. Özlərinə sual verirlər ki, nəyə görə yad torpaqlarda ölməliyik? Onlar da torpaqları sülh yolu ilə qaytarmaq istəyirlər.

Ermənilər Azərbaycan ərazisində yaşamaq istəyirlərsə, özlərinə Azərbaycan Konstitusiyasında yer tapmalıdırlar, yaxud da getməlidirlər. Əgər Konstitusiyada özlərinə yer tapacaqlarsa, Azərbaycan dövləti onların yaşamalarına təminat verir. Ermənilər 25 illik müharibənin onlara nə bəlalar gətirdiyini bilirlər. Artıq Ermənistan iqtisadi cəhətdən tam asılı dövlətə çevrilib. Bir yandan Türkiyə onların iqtisadi dirçəlməsi üçün bir dövlətdir. Digər tərəfdən, Azərbaycan da onları enerji layihələrinə cəlb edə bilər. Artıq düşünürlər ki, Rusiya maraqlar xatirinə onları dəstəkləməyəcəksə, tək qalacaqlar. Üçüncü tərəfdən isə artıq diasporadan da əvvəlki qədər maliyyə yardımı yoxdur. Odur ki, çıxış yolu Azərbaycan Ordusu ilə müharibə aparmaq deyil. Çıxış yolu əməkdaşlıq etməkdir. Yəni, artıq onlar seçimi edirlər. Müharibəni yox, sülhü seçirlər".

Sizin Reklam Yeriniz