Əlaqə Arxiv
news Image
2016.05.24
10:30
| A A A
Ermənistanda orduya yararsız şəxslər ön cəbhəyə göndərilir

Dağlıq Qarabağda 10 gün əvvəl ağır yaralanmış 21 yaşlı erməni əsgər Ovanes Poqosyanın orduya çağırılana qədər sağlığında ciddi problemlər olub.

 

Buna baxmayaraq o, orduya çağırılıb.

 

Movqe.az-ın məlumatına görə, O. Poqosyanın qohumları "news.am" saytına bildiriblər ki, o, xroniki qastrit, dalaq genişlənməsi, cinsiyyət orqanı xəstəliklərindən əziyyət çəkir. Evdə ciddi pəhriz saxlayıb. Lakin orduya çağırılan kimi ön cəbhəyə göndərilib.

 

O. Poqosyan xidmətə 2015-ci ilin yanvarında kiçik serjant kimi başlayıb.

 

İki dəfə yaralanıb. Birinci dəfə yarası yüngül olub.

 

İkinci dəfə isə başından yaralanıb. Hazırda komada olan əsgər iki dəfə əməliyyat edilib./apa/

Sizin Reklam Yeriniz