Əlaqə Arxiv
news Image
2016.05.24
11:00
| A A A
BMT baş katibi dünya ölkələrini humanitar təşkilatların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə çağırıb

BMT-nın baş katibi Pan Gi Mun dünya ölkələrini humanitar yardım təşkilatlarının əməkdaşlarının təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə çağırıb.

 

Movqe.az-ın apa-ya istinadən  xəbərinə görə, BMT-nin İstanbulda keçirdiyi İ Humanitar Sammitin ikinci günündə təşkil edilən dəyirmi masada çıxış edən baş katib indiyə qədər dünyanın müxtəlif bölgələrinə yardım aparan təşkilatların 238 təmsilçisinin qaçırılaraq öldürüldüyünü deyib: "Biz 50 ildən bəri dünya insanlarını qorumağa çalışırıq. Ancaq hal-hazırda dünya ölkələrinin dəstəyinə hər zamankından daha çox ehtiyac hiss edirik. Terror təşkilatlarının törətdiyi əngəllərə görə sanki Cenevrə Konvensiyası öz qüvvəsini itirib. İnsanların həyatını qorumaq, dünyanın hər hansı guşəsində yardıma möhtac olanlara əlimizdən gələn köməyi etmək üçün dünya liderlərini bizə dəstək verməyə çağırıram. Dünya liderlərinin bu gün yardımlarla bağlı qəbul edəcəkləri qərar gələcək fəaliyyətimiz üçün çox önəmli olacaq".

 

Qeyd edək ki, BMT-nin İstanbulda keçirdiyi İ Humanitar Sammit mayın 23-də öz işinə başlayıb. Sammitdə dünyanın 185 ölkəsinin dövlət və hökumət başçıları və rəsmi təmsilçiləri iştirak edir.

Sizin Reklam Yeriniz