news Image
2016.05.24
18:00
| A A A
Ermənilər Hitlerdən Qarabağı istəmişdilər

III Reyxin rəhbəri Adolf Hitlerin SSRİ planı ilə yanaşı, Türkiyəyə qarşı da gizli düşmənçilyi vardı. Elə bu səbəbdən də nasistlər ermənilərlə çox sıx əməkdaşlıq ediblər.

Hitler Almaniyasının siyasi koordinatoru, siyasətçisi Alfred Rozenberq yazır: "Alman siyasətinin hədəfi Qafqazda, həmçinin onun cənub qonşularında siyasi və hərbi müstəvidə hakimiyyətə yiyələnməkdir (Eduard Abramyan, `Kavkaztsı v Abwehre`, s.43).

Alfred Rozenberqin tərtib etdiyi işğal xəritəsinin sərhədləri içərisində Türkiyə də vardı. Ermənilərin türk nifrətini bilən nasistlər bundan məharətlə yararlanmağa çalışırdılar. Elə bu səbəbdən də Reyxin rəsmi nümayənələri ermənilərə belə bir açıq müraciət ünvanlayırlar: "Birlikdə ortaq hərəkətə keçməyimiz üçün sahib olduğunuz imkanlarla bağlı bizə dəqiq məlumat verin. Və sonra hansı istəkləriniz varsa, onları da bizə bildirin" (Eduard Abramyan, `Kavkaztsı v Abwehre`, s.45).

Erməni yazar Abramyana görə, erməni məsələsi hər zaman olduğu kimi, Hitler Almaniyasının da xarici siyasətini reallaşdırmasında bir vasitə rolunu oynayıb. Məhz buna görə də III Reyx ermənilərlə əlaqədar tamamilə ayrı və xüsusi siyasət yürüdürdü. Təbii ki, o zaman Almaniya daxilində olan erməni mühacirlərdən həm SSRİ, həm də Türkiyəyə qarşı istifadə olunacaqdı.

Abramyan yazır ki, ermənilərin türklərə nifrətini bilən almanlar erməni legionerlərə, Abverçilərə və erməni SS-çilərinə davamlı olaraq deyirdilər ki, "Sizin əsas vəzifəniz ölkənizi türklərdən və SSRİ-dən xilas etməkdir. Bu, sizin üçün böyük bir qürurdur".

Arxiv və kəşfiyyat sənədlərinə görə, Berlin Ermənistan və Gürcüstan təmsilçilərinə cumhuriyyət elanından sonra ermənilərin və gürcülərin illərlə onları əzən Türkiyəyə qarşı müqəddəs bir müharibəyə hazırlaşmalarının vacib olduğunu bildirmişdi. Bu işdə erməni və gürcüləri Avropadan Yunan hərbi birlikləri, Vermaxt (Alman silahlı qüvvələri) və SS birlikləri, əlavə olaraq İtalyan və Bolqar orduları dəstəkləyəcəkdi. Hətta o zamankı razılaşmaya əsasən, Ermənistan və Gürcüstan Türkiyəyə hücum etmək üçün Almaniyanın ixtiyarına 100 minlik canlı qüvvə də verməl idi.

Qeyd olunan məsələrin hamısı erməni (daşnak)-alman razılaşmasında, yəni "Gertrud planı"nda detallı əks olunub. Ermənistana Şərqi Anadolu və Kilikiya, Gürcüstana Trabzon, İtaliya, Bolqarıstan və Yunanıstana isə İzmir əraziləri vəd olunmuşdu.

"Gertrud planı" 1942-ci ildə işə düşsə də, cəbhədəki məğlubiyyətlərdən dolayı arxa plana keçdi. Onu da vurğulamaq lazımdır ki, "Gertrud planı"nın adı zaman-zaman dəyişdirilib.


Nasistlərin "Böyük Ermənistan" planı


Almaniya II Dünya Müharibəsinin əvvələrində pantürkizm ideologiyası ilə Türkiyəni SSRİ-yə qarşı qoymağa cəhd etmişdi. Ancaq 1942-cı ildən sonra III Reyxin siyasi xəttində dəyişiklik baş verdi. Alfred Rozenberq və III Reyx hökuməti həm SSRİ, həm də Türkiyəyə qarşı Qafqaz planının icra etməyə başlayırlar.


(Erməniləri Almaniya tərəfə keçməyə, Hitlerə xidmət etməyə çağırmaq məqsədi ilə Almaniyada qurulmuş "Ayastan" qəzeti və bütün redaksiya heyyəti ermənilərdən ibarət olub. Maliyyələşdirmə Almaniya tərəfindən reallaşdırılıb, birbaşa III Reyxin Təbliğat və Təşviqat naziri Yozef Göbbelsin nəzarətində olub. Təqdim olunan şəkil qəzetin 126-cı sayıdır və üz qabığında Adolf Hitlerin şəkili əks olunub.)


Şübhəsiz ki, bu işdə almanlara ən böyük dəstəyi Daşnaklar göstərəcəkdi. Türkiyəyə qarşı nasistlərin Daşnak birlikləri 1943-cü ilin ortalarında I Dünya Müharibəsində iştirak etmiş Daşnak könüllü rəhbəri Qareqin Njdenin rəhbərliyi altında qurulmuşdu. Alfred Rozenberqin strateji planına görə, Almaniyanın himayəsi altında olan "Ermənistan Baş Komissarlığı" yaradılmalı idi.


Nasistlərin ermənilərə `hədiyyəsi`: Qarabağ və Naxçıvan


Hitler Almaniyası Daşnakların sadiqliyi, böyük xidmətləri qarşılığında Qarabağı, Naxçıvan və Axalkalakinin bir qismini ermənilərə söz vermişdi. Bundan savayı, Qarabağ bölgəsindəki erməniləri SSRİ-yə qarşı qiyama qaldırmaq üçün həmin əraziyə Almaniya ermənilərdən ibarət qeyri-nizami hərbi qruplar və xüsusi təlim görmüş dəstələr göndərmişdi (Eduard Abramyan, `Kavkaztsı v Abwehre`, s.48, 52, 136).



Adolf Hitlerin sadiq Daşnak xidmətçiləri kimlər olub?


Artaşes Abeqyan - əslən Naxçıvan ermənisidir. 1941-ci ildə Alfred Rozenberqlə dəfələrlə görüşərək ermənilərin Sovetlərə qarşı köməyini təklif edib. 1942-ci ildə Erməni Milli Komitəsini idarə edib, eyni zamanda Yozef Göbbelsin əmrində olan "Ayastan" qəzetinin redaktoru postunda çalışıb. 1943-cü ildə Polşadakı ölüm düşərgəsində SSRİ-yə qarşı fəaliyyət üçün xüsusi dəsrlər verib.


Vaçaq Artaşesoviç Abeqyan - Almaniyaya mühacir etmiş ermənilərdəndir. İşğal olunmuş Şərq Bölgələri idarəsində tərcüməçi olaraq çalışıb. Əsir düşərgələrini bir-bir gəzərək Daşnaqsutyun partiyasına üzvlər toplayaraq onları almanlar üçün çalışmağa təlimatlandırıb. Erməni Milli Komitsənin üzvü olub.


Akop Petroviç Aziryan - AG-114 "Dromedar" təşkilatının rəsmi üzvü olub. Müharibə zamanı erməni generalı, nasistlərlə əməkdaşlıq edən Dro ilə birlikdə Sovet əsgərlərinin istintaq olunmasında fəallıq göstərib. Eyni zamanda casusların deşifrə olunmasında, habelə SSRİ-yə qarşı casus hazırlanmasında xüsusi rolu olub.


Vaqan Tetevosoviç Ayrapetyan - Daşnaq partiyası üzvü, alman casusu və nasizm təbliğatçısıdır. Yəhudilərin ölüm düşərgəsində polis olaraq çalışıb. İşğal ounmuş Şərq Bölgələri adlı nazirliyin Berlindəki Təbliğat və Təşviqat məktəbində dərslər verib.

Gayk Asatryan - Almanlarla sıx əməkdaşlıq edib. Njdenin yanında Türkiyəyə qarşı erməni hərbi birliklərinə siyasi dərslər verib.

Tiqran Baqdasaryan - alman kəşfiyyatının rəsmi casusu olub. Müharibə vaxtı general Dronun qrupunda AG-114 təşkilatında çalışıb. Erməni Milli Komitsənin üzvü olub, eyni zamanda Yozef Göbbelsin "Ayastan" qəzetinin müdiri idi.

Suren Bekzadyan - Daşnak Ermənistanın Azərbaycan (Bakı) səfirinin oğludur. Alfred Rozenberqin himayəsi altında olan "Osank" adlanan təşkilatın SSRİ-nin işğal olunmuş bölgələrində ermənilərlə əlaqədar təbliğat işlərində çalışıb.

Nikolay Ambariumoviç Qevorkyan - AG-114 "Dromedar"ın kəşfiyyat orqanında çalışıb. Erməni əsirlərə yardım adı altında gizli olaraq Sovetlərə qarşı erməni casusları formalaşdırıb. Ələlxüsusi təbliğat və təşviqt işlərində çox aktiv olub.

Aleksandr Hatisyan - Daşnaq Ermənistanın rəhbəri olub. Könüllü erməni dəstələrinin toplanması üçün nasistlərin təşkil etdiyi toplantılara tez-tez qatılıb.

Aram Konstantinoviç Mirimanyan - AG-114 casusu olub, həmçinin "Ayastan" qəzetində redaktor kimi də çalışıb. General Dronun əsas adamlarında biri olub. 1945-ci ildə əsir kamplarında SSRİ-yə əks olaraq təbliğat aparıb və əsirləri Sovetlərə geri dönməməyə çağırıb. Geri dönmək istəməyənləri isə xarici pasportla təmin edib.


Alfred Muradyan - alman xüsusi xidmət orqanı "Zeppelin"in casusu olub. Alman ordusunda hərbi dərəcəyə nail olub. 1937-ci ildə Almaniya Nasional Sosialist partiyasına üzv olub. 1942-ci ildən Erməni Milli Komitəsinin alman silahlı qüvvələri ştabında rəsmi təmsilçi olub. Tez-tez yəhudilərin ölüm düşərgəsi Auşvitsə baş çəkib. Erməni könüllülərinin yaradılmasında böyük işlər görüb. Yozef Göbbelsin sevgisini qazanmağı bacarıb.

Aleksiy Sarksiyan - 1938-ci ildə ermənilərin "Hitleryuqend"i kimi tanınan "Tseqakron"a, 1942-ci ildə Daşnaqsutyun partiyasına qatılıb. 1941-ci ildə türk və sovet təbliğat birliklərinə qatılıb. Şimali Osetyada gedən ağır döyüşlərdə almanların rəğbətini qazanaraq 1943-cü ildə bölük kapitanı rütbəsinə yüksəlir.

Vartan Mixayloviç Sarkisyan - 1918-ci ildə türklərə əsir düşmüş, lakin Türkiyəyə erməni məsələsin incələməyə gələn Amerika generalı Harbordun tapşırığı ilə azadlığa buraxılıb. 1919-cu ildə könüllü olaraq Daşnaq ordusuna qatılır. II Dünya Müharibəsi zamanı isə könüllü olaraq almanlar tərəfində keçir, müharibənin sonunadək general vəzifəsinə kimi yüksəlir. Müharibənin sonunda əsir düşür və Sovetlər tərəfindən güllələnir.

Misak Akopoviç Torlakyan - General Dronun sahib olduğu neft zavodunda çalışıb. AG-114 "Dromedar"ın rəsmi üzvü olub. 1942-ci ildə Dro ilə birlikdə Krıma gəlib və Krımda Daşnaq bürosunu idarə edib. Alfred Rozenberqə Türkiyənin Qafqaz strategiyası ilə bağlı gizli dosyeləri çatdırıb. 1944-cü ildə alman ordusu ilə Balkanlara getdi. Müharibə bitdikdən sonra isə Dro ilə birlikdə Almaniyadakı Amerika işğal zonasında SSRİ-yə qarşı fəaliyyət göstərib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs