Əlaqə Arxiv
news Image
2016.05.25
09:52
| A A A
Kerri: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir

ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını Respublika günü münasibəti ilə təbrik edib. Bu barədə Movqe.az trend-ə istinadən xəbər verir.


"Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir", - deyə Con Kerri qeyd edib.


Onun sözlərinə görə, ABŞ ekstremizmə qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir.


ABŞ və Azərbaycan həm Avropa daxilində həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi naminə birgə çalışıblar, - deyə Kerry bildirib.


"Azərbaycan Avropa bazarlarına enerji resursların tədarükçüsü kimi mühüm rol oynayır, və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir", - təbrikdə deyilir.

Sizin Reklam Yeriniz