news Image
2016.05.25
14:26
| A A A
"Füzuli ərazisi daxil bir neçə yaşayış məskənlərinin azad olunacağına şübhə yoxdur"

"Hazırki dövrdə qlobal miqyasda gedən savaşa rəğmən İranın Rusiya ilə məlum Şimal-Cənub Dəhlizinin qurulması üçün bu bölgədə nəqliyyat infrastrukturunu genişləndirmək naminə Füzuli ərazisi daxil bir neçə yaşayış məskənlərinin azad olunacağına şübhə yoxdur" Bunu movqe.az-a millət vəkili Zahid Oruc bildirib: "Bunu əminliklə deyirəm. Regiondakı bəlli status-kvo vəziyyəti Rusiya və İranın maraqlarına çox böyük zərbə vurur. Nə var ki, Füzulinin müəyyən hissələrində 5-6 hərbi birləşməsi əyləşib. Bunun nəticəsində İranı və Rusiyanı əhatə edən bölgələrdə Çindən ABŞ-a qədər qüvvələr böyük layihələr həyata keçirir, amma İranla Rusiya o prosesdən kənarda qalırlar. Ona görə də bir Ermənistanın istəyi naminə bu iki dövlət öz planlarında geri durası deyillər. Bu baxımdan Füzuli də daxil bir neçə rayonun azad edilməsi realdır. Bundan sonra yəqin ki, "ölü" nöqtədən tərpənmə fonunda Ermənistanın özünü də bu izoliyasıyadan çıxarmaq üçün onu kommunikasiya xətlərinə qoşmaq istəyəcəklər. Hətta bəlkə də Ermənistanın özünü belə həmin dəmiryolu layihələrinə qoşacaqlar. Bununla da sülh prosesinin irəliləlməsi üçün regionda Rusiya-İran-Ermənistan-Azərbaycanın birgə bir modeli meydana çıxa bilər. Ancaq Qərbin də buna mütləq reaksiyası olacaq. Hər halda ehtmal ki, Con Kerrinin Cavad Zərifə zəng etməsi, Qarabağ məsələləri ilə bağlı müzakirələr aparması məhz geopolitik və geoekonomika ilə birbaşa bağlıdır. Yəni, ortada sülh planının bütün detalları bəlli olmadığı halda ABŞ-ın prosesləri belə uzaqgörən hiss etmək və buna yönəlik İranı Rusiyanın layihələrindən kənarlaşdırmaq o deməkdir ki, Qərb Rusiya planının əngəllənməsi üçün İrana da, Ermənistan da təsir göstərə bilər. Çünki, Rusiya modelinin qəbul olunması o deməkdir ki, bölgədə Qərb xeyli sıxışdırılacaq. Vəziyyət bundan ibarətdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs