Əlaqə Arxiv
news Image
2016.05.25
15:10
| A A A
Azərbaycan XİN Dağlıq Qarabağdakı qondarma rejimin BMT-də “bəyanat” yayması barədə xəbərlərə münasibət bildirib

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında "bəyanat" yayması barədə xəbərlər Ermənistan XİN-nin növbəti uydurmasıdır".

 

Movqe.az xəbər verir ki, b sözləri  açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıq ilə qarışıq salınması artıq heç kimi təəccübləndirmir: "Əslində, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir. Ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları maklatura məqsədilə istifadə edilir".

Sizin Reklam Yeriniz