news Image
2016.05.25
16:42
| A A A
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi, strateji tərəfdaşlığı ən yüksək səviyyəsinə çatıb

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırıma təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Hörmətli cənab Baş nazir, qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri seçilməyiniz və Türkiyə Respublikasının Baş naziri təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.


Başçılıq etdiyiniz və təmsilçisi olduğunuz partiyanın hakimiyyətə gəlişindən sonra qardaş Türkiyə güclü inkişaf etmiş və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.


Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi ilə bu dövrdə Azərbaycan-Türkiyə birliyi, strateji tərəfdaşlığı və müttəfiqliyi daha da möhkəmlənmiş, inkişaf etmiş və hazırkı ən yüksək səviyyəsinə çatmışdır.


İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.


Başçılıq etdiyiniz 65-ci hökumətin fəaliyyətinin qardaş Türkiyə dövləti və xalqı üçün xeyirli olmasını arzulayır, qarşıdakı məsul işinizdə Sizə uğurlar diləyirəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs