Əlaqə Arxiv
news Image
2016.05.26
22:00
| A A A
Təkrar seçkilər canlı izlənəcək

90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu dairə üzrə məntəqələrin 25 faizində veb-kameralar quraşdırılacaq.Movqe.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsi var, bu məntəqələrdən 10-da veb-kameralar quraşdırılacaq.


MSK sədri əlavə edib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb:


"Namizədliyi qeydə alınanlardan ikisi siyasi partiyaların namizədi (Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov, Ümid Partiyasının namizədi İqbal Ağazadə), 5-i isə fərdi qaydada namizədliyi irəli sürülmüş şəxsdir".



Sizin Reklam Yeriniz