Əlaqə Arxiv
news Image
2016.05.26
22:30
| A A A
Merkel Rusiya qarşı sanksiyaların müddətinin uzadılacağını bildirib

Almaniyanın federal kansleri Angela Merkel Rusiya qarşı sanksiyaların ləğvinin əleyhinə çıxış edib.

Movqe.az-ın "1prime.ru" saytına istinadən verdiyi məlumata görə, A. Merkel Yaponiyada keçirilən G7 sammitində çıxışı zamanı Rusiya üzərindən sanksiyaların götürülməsi barədə müzakirələrə başlamağın hələ tez olduğunu bildirib.

Xatırladaq ki, "RİA Novosti" Brüsseldəki mənbəyə istinadən sanksiyaların ilin sonuna kimi yumşaldılacağı barədə xəbər yayıb.


Sizin Reklam Yeriniz