news Image
2016.05.27
11:53
| A A A
Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan XİN rəhbərinə cavab verib

Azərbaycanın Rusiyadakı səfirliyi Ermənistan XİN-in rəhbərinə cavab verib.


Diplomatik missiyanın E.Nalbandyanın sözlərinə cavab verdiyi məlumatında deyilir: "Səfirlərin fəaliyyətini üçüncü şəxslər deyil, onları göndərən dövlətlər və qəbul edən tərəflər qiymətləndirir. Buna görə də erməni nazir diqqətini tövsiyələr verməyə haqqı olduğu öz tabeliyindəki insanlara ayırsa yaxşı olardı. Azərbaycana qarşı təcavüz həyata keçirən Ermənistan xarici siyasət dairəsinin rəhbərinin parlamentdə Polad Bülbüloğlunun fəaliyyətini belə formada şərh etməsi faktı Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin bariz göstəricisidir".


Qeyd edək ki, ötən gün bəzi erməni KİV-lərinin yaydığı məlumatda deyilirdi ki, E.Nalbandyan Azərbaycanın Rusiyadakı səfirliyinin Ermənistanın diplomatik missiyasından daha yaxşı işlədiyini qeyd edən ölkə parlamenti deputatlarının suallarını cavablandırarkən Polad Bülbüloğlunun işi ilə bağlı qeyri-korrekt ifadə işlədib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs