Əlaqə Arxiv
news Image
2016.05.27
13:12
| A A A
Səfirlik: “Mirotvorets” saytındakı yazılar rəsmi Kiyevin mövqeyini əks etdirmir

"Mirotvorets" saytındakı yazılar heç bir halda rəsmi Kiyevin mövqeyini əks etdirmir".Bu barədə Movqe.az-a Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, Ukrayna daxili işlər nazirinin ştatdankənar müşaviri Anton Geraşşenkonun təşəbbüsü ilə yaradılan "Mirotvorets" saytında 239 xarici media nümayəndəsinin Ukraynaya girişinin qadağan edilməsi ilə bağlı məlumat yayılıb. Siyahıda Azərbaycan mediasını təmsil edən 11 jurnalistin, o cümlədən "APA Holding" MMC-yə daxil olan APA İnformasiya Agentliyinin Rusiya müxbiri Fərid Əkbərovun da adı var. Saytın iddiasına görə, adı siyahıda yer alan jurnalistlər guya separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nda qeydiyyatdan keçərək həmin ərazilərə səfər etdiklərinə görə onların Ukraynaya girişi yasaqlanıb. 

Sizin Reklam Yeriniz