news Image
2016.05.27
13:10
| A A A
“L’Opinion” nəşri: Fransa Ermənistan ilə Azərbaycanın zirvə görüşünə ev sahibliyi etmək istəyir

Aprel ayındakı 4 günlük müharibə torpaqlar üzərində nəzarəti dəyişdi və müzakirələrin yeni mərhələsinə yol açdı. Ermənistan isə narahatdır. Faktlar: Fransa iyunun sonunda Azərbaycan ilə Ermənistan arasında yaranmış münaqişəni çözmək üçün DağlıqQarabağla bağlı beynəlxalq səviyyədə zirvə görüşünə ev sahibliyi etməyi təklif edir. İki ölkə arasında aprelin əvvəlində olmuş dörd günlük müharibə yüzlərlə insanın ölümü ilə nəticələndi. Bu ona baha başa gəlsə də, Serj Sarkisyan qələbə barədə xəbərlərin ziddinə olaraq mayın 17-də etiraf etdi ki, aprelin 2-i və 5-i arasında baş vermiş "dörd günlük döyüşlərdə" Azərbaycan ordusunun hücumu zamanı erməni silahlı qüvvələri bir qədər torpağı tərk edərək geri çəkilməli olub. O, 800 hektardan danışır, halbuki qarşı tərəf bu rəqəmin 2000 ha olduğunu söyləyir. İstər 8 kv. km olsun, istərsə də 20 kv.km, istənilən halda münaqişə obyekti olan, ümumilikdə 8 min kv.km-lik bir ərazi (Elzas boyda) fonunda bu bir qədər gülməli görünür. Bununla belə, Azərbaycanın bu kiçik hərbi qələbəsi siyasi durumu dəyişdi: Ermənilər qarşısındakı məğlubiyyətindən və 1994-cü ildən mövcud olan atəşkəsdən bəri Azərbaycan ilk dəfə olaraq beynəlxalq hüquq baxımından ona məxsus olan torpaqlarını geri qaytarmağa nail oldu.

Söhbət münaqisə tərəfləri arasında təmas xətti boyunca cənubda və şimalda, müxtəlif sektorlarda yerləşən səkkiz təpədən gedir. Aprelin əvvəllərində baş vermiş insidentden sonra, insan ölümünə səbəb olan hadisələr barədə xəbərlər verilsə də "diplomatlar" iş adamlarından" daha cevik oldugu görünməkdedir. Hər iki ölkənin prezidenti – Serj Sarkisyan və İlham Əliyev ABŞ Dövlət Katibi Jon Kerrinin təşəbbüsü ilə mayın 16-da Vyanada görüşdülər. Görüş 1992-ci ildən bəri bu münaqişənin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk Qrupu (ABŞ, Rusiya və Fransa) çərçivəsində keçirilmişdir. Hər iki dövlət başçısı 5 aprel tarixli atəşkəsə sadiqliyini təsdiq etdi və yeni bir zirvə görüşünün kecirilmesini qəbul etdilər. Belə bir görüş iyun ayının sonunda Parisdə keçirilə bilər.

Madrid prinsipləri. Burada əsas ideya bir araya gətirilməsi heç də asan olmayan iki böyük prinsipin güc tətbiq etmədən birləşdirilməsidir : xalqların özmüqəddəratını həll etməsi və suveren dövlətlərin ərazi bütövlüyünə əməldilməsi. Dağlıq Qarabağ Stalinin etno-milli mühəndisliyinin məhsuludur: əsas ən ermənilərin yaşadığı bu dağlıq massiv Azərbaycan sovet Respublikasının muxtar vilayəti olub. Bu ərazini Ermənistan sovet Respublikasından cəmi bir neçə kilometr məsafə ayırırdı. SSRİ dagılanda bu iki xalq müharibə durumunda üzləşdi və nəticədə Azərbaycan öz ərazilərinin 20 faizi üzərində nəzarəti itirdi. Nəticədə əvvəlki vilayətin beynelxalq aləmdə hec kimin tanimadigi "Dağlıq Qarabağ Respublikasına" çevrilməsilə bərabər, həm de onun ətrafındakı yeddi rayon itirildi. Diplomatların fikrincə, məsələnin həllinin əsas ideyası aşağıdakından ibarətdir: Ermənistan bu bölgələrdən çəkilir və Azərbaycan onları geri alır və bunun əvəzində, təxminən 100 min erməninin yaşadığı Dağlıq Qarabağda əhalinin özmüqəddəratını təyinetmə hüququnu tanıyır. Hər iki ölkədə hökm suren millətçilik əhval-ruhiyyesi nəzərə alınarsa, məsələnin bu həll yolunun elə də asan olmadığı anlaşılır. Təsadufi deyil ki, 2014 və 2015-ci illərdə iki ölkə arasında baş tutmuş butun zirvə görüşləri ugursuz olmuşdur.


Güc artımı. Bu vaxta qədər status-kvodan məmnun olan Ermənistan əsən küləyin ona xeyir gətirməyəcəyini hiss edir. İqtisadiyyatında heç bir inkişaf müşahidə edilməyən və demoqrafik durumu bərbad veziyyetde olan qonşusu ilə müqayisədə Azərbaycanın həm əhalisi çoxdur, həm də neftin hesabına daha zəngin bir olkedir. Azərbaycan rus silahları ilə silahlanmış, elecede Türkiyə və İsrailin də stəyini qazanmış daha keyfiyyetli bir ordu qurmuşdur. Azərbaycanın hərbi gücü artmaqda davam edir. Aprel döyüşlərinin nəticələri də güclər nisbətinin, artıq dəyişdiyini göstərir.

Bu hərbi faktora Ermənistanın öz ənənəvi muttəfiqi olan Rusiya tərəfindən aldadılmaq qorxusu da əlavə olunur. Apreldə Moskva atəşkəsi qəbul etdirdi. Əslində yaranmış duruma görə Moskva Kollektiv Təhlükəsizlik Muqaviləsi çərçivəsində Ermənistana yardım etməli idi, amma Rusiyanın eyni zamanda Azərbaycanı itirməyə də nə həvəsi var, nə də marağı. Bu barədə yüksək çinli rus diplomatlarından biri bele deyir : " Hər iki tərəf bizim muttəfiqlərimizdir. Tarixi və geopolitik səbəblərdən biz Ermənistanı heç vaxt ata bilmırik. Amma hər iki tərəfin irəliyə doğru addım atması zamanı gəlmişdir. Kompromisə ehtiyac var, amma ermənilər çox dikbaşlıq edirlər".

Yaxın xaricindəki "dövlətin dikbaşlıgını" müsahidə etdikdə isə bəlkə də Moskvanın narahat olmağa başlaması təbiidir…

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs