Əlaqə Arxiv
news Image
2016.05.28
09:00
| A A A
Ermənistan yenə odla oynayır
Mais Gülalıyev: “Danışıqların pozulması üçün Ermənistan tərəfdən hər dəfə destruktiv addımlar atılmasına baxmayaraq, əvvəl-axır, o torpaqların Azərbaycana qaytarılması mümkün olacaq” Qabil Hüseynli: “İrəvanın destruktiv açıqlamalarda məqsədi prezidentlərin iyunda nəzərdə tutulan görüşünün baş tutmamasına nail olmaqdan ibarətdir”

Azərbaycan və Ermənistan prezidentlərinin iyunda baş tutacaq görüşü ərəfəsində Ermənistanda rəsmilər də daxil olmaqla bir sıra qüvvələr danışıqların pozulmasına yönəlik destruktiv açıqlamalarla çıxış etməyə başlayıblar. Belə ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yeni açıqlamasında deyib ki, Dağlıq Qarabağın separatçı rejiminin "təmsilçilərinin" iştirakı olmadan heç bir sənədə imza atmayacaqlar. Ermənilər bununla heç şübhəsiz, danışıqların pozitiv məcraya düşməsinə əngəl olmaq istəyirlər. Belə ki, artıq Minsk qrupu həmsədr ölkələri də danışıqlarda real nəticənin əldə olunmasını istəyirlər və bu baş verməsə, bölgədə vəziyyətin yenidən daha kəskin halda gərginləşəcəyini anlayırlar. Buna yol verməmək üçün danışıqlıarda pozitiv atmosferin yaradılmasında artıq həmsədr ölkələrin də maraqlı olduğu imüşahidə olunur.

Ermənistan isə başa düşür ki, danışıqlarda real nəticənin əldə olunması fonunda işğal etdiyi torpaqlardan çıxmalı olacaq. Məhz buna yol verməmək üçün ənənələrinə sadiq qalan işğalçılar indi də müxtəlif destruktiv açıqlamalar verməklə çalışırlar ki, konfliktin müzakirəsi konstruktiv məcraya keçməsin.

Politoloq Mais Gülalıyev bildirdi ki, Ermənistan təmsilçiləri hər dəfə destruktiv açıqlamalarla danışıqlar prosesini əngəlləməyə çalışsalar da, son olaraq bütün hallarda torpaqlarımız işğaldan azad olunacaq: "Ermənistan özünün xarici siyasi fəaliyyətini çox əndrabadi qurub. Azərbaycanla hər hansı bir görüş hazırlananda Ermənistan rəsmiləri danışıqları pozmaq üçün həmin an cəmiyyəti ayağa qaldırmaq yolunu tuturlar. Guya prezident Serj Sarkisyan güzəştə getmək istəyir, amma erməni cəmiyyəti buna razı deyil. Danışıqlar ərəfəsi destruktiv açıqlamalar verməklə məhz belə bir ab-hava yaradırlar.

Ancaq aydın məsələdir ki, belə ab-havanın yaradılması Ermənistan hakimiyyətinin öz diqtəsilə baş verir. Bu yolla çalışırlar ki, nə qədər mümkündürsə, danışıqları pozsunlar, münaqişənin həlli məsələsini dondursunlar. Çünki fərz etdiklərinə gör, bütün hallarda münaqişənin dondurulması, həllin sonraya saxlanılması məhz onların xeyrinə işləyir. Ancaq nə qədər çabalasalar da xeyri yoxdur, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Hətta Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımaq qüdrətində deyil. Belə olan halda danışıqların bir qədər də uzadılmasına katostrafik hadisə kimi baxmaq lazım deyil. O torpaqlar Azərbaycan torpaqlarıdır. Bütün hallarda danışıqların pozulması üçün Ermənistan tərəfdən hər dəfə destruktiv addımlar atılmasına baxmayaraq, əvvəl-axır, o torpaqların Azərbaycana qaytarılması mümkün olacaq. Çünki beynəlxalq hüquq bunu tələb edir. Ermənistan presedent yarada bilməz. Azərbaycan növbəti görüşə də inamla gedir. Nə qədər mümkündürsə, ən yüksək səviyyədə dövlətimizin marağını qorumaq şərtilə gedir. Ona görə də torpaqlarımız müəyyən dövr gecikmələr olsa da, mütləq azad ediləcək".

Həmsöhbətimiz qeyd etdi ki, destruktiv fəaliyyət göstərən Ermənistana qarşı beynəlxalq güclər çoxsaylı addımlar ata bilərlər, amma atmırlar: "Amma düşünürəm ki, indiki halda onlar konstruktiv mövqeyə gəlməyən Ermənistana qarşı hansısa ciddi addımlar atmayacaqlar. Amma istəsələr, Ermənistana sanksiyalar tətbiq edə bilərlər. Hətta bircə söz və işarə ilə tələb edə bilərlər ki, işğal olunmuş torpaqlardan çıxsınlar. Çünki Ermənistanın elə bir gücü yoxdur ki, onların dediyinin əleyhinə gedə bilsin. Ermənistan hətta kiçik bir dövlətin sanksiyasına dözə bilməz. ATƏT-in Minsk qrupunun həmsədr olaraq üzvü olan ölkələrin istənilən biri tələb etsə, işğal olunmuş torpaqlar geri qaytarılar. Ancaq görürük ki, hələ onlar Ermənistan qarşısında belə tələblər qoymurlar. Ona görə ki, hər üç öllkənin regionda özünəməxsus maraqları var".

Politoloq Qabil Hüseynlinin də fikrincə, iyun görüşü ərəfəsi Ermənistan rəsmilərinin destruktiv açıqlamalarla çıxış etməsinin arxasında məhz həmin görüşün baş tutmasına əngəl olmaq istəyi dayanır : "Adətən danışıqlar ərəfəsi mühüm bir prosesin baş vermə ehtimalı artan kimi Ermənistan belə destruktiv açıqlamalar verməklə məşğul olub. Bunu onlar əvvəllər də ediblər. Bu destruktiv açıqlamalarda da məqsədləri odur ki, prezidentlərin iyunda nəzərdə tutulan görüşü baş tutmasın. Çünki bu görüşdə böyük sülh sazişinin prinsipləri və hazırlanması yolları həll edilməlidir. Ona görə də prosesə əngəl olmaq üçün Ermənistan bu kimi təxribat işlərini həyata keçirir.

Ermənistan bundan sonra da özbaşınalıqlara yol versə, prosesin ölü nöqtədən tərpənməsinə maneə olmaq istəsə, Azərbaycanın da BMT-dən tutmuş, ATƏT-in Minsk qrupu, ABŞ, Fransa və Rusiyadan ibarət həmsədr ölkələrinə İrəvanın cəzalandırılması üçün müraciət etmək hüququ vardır".




Sizin Reklam Yeriniz