Əlaqə Arxiv
news Image
2016.05.27
17:32
| A A A
Prezident İlham Əliyev: “Azərbaycana qarşı ikili standartlara son qoyulmalıdır”

"Azərbaycanın beynəlxalq nüfuzu artır, qarşıya qoyulan vəzifələr uğurla icra edilir".

 

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycanda quruculuq prosesi davam etdiriləcək: "Bundan sonra da ölkədə sabitlik və təhlükəsizlik təmin ediləcək. Xalq-iqtidar birliyi möhkəmlənir, demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir. Ölkəmizə qarşı müşahidə olunan ikili standartlara son qoyulmalıdır".

 

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib: "İndiki şəraitdə bu, dünyaya bir mesajdır. Xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunub".


Sizin Reklam Yeriniz