news Image
2016.05.28
20:30
| A A A
Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.


Mən Azərbaycan Respublikası ilə Çex Respublikasının ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etməsindən və bu müsbət meylin keçən ilin sentyabr ayında Bakıya səfərim zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə təsdiq olunmasından məmnunam.


Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram".


X X X


Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan: "Zati-aliləri. Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.


Bu xoş fürsətdən istifadə edərək, əmin olduğumu bildirirəm ki, birgə səylərimiz dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsinə töhfə verəcək.


Zati-aliləri, Sizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və xalqınıza davamlı inkişaf və çiçəklənmə arzu edirəm.


Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin".


X X X


İndoneziya Respublikasının Prezidenti Coko Vidododan: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İndoneziya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.


Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm. Əminəm ki, İndoneziya ilə Azərbaycan arasında dostluq əlaqələri xalqlarımızın birgə mənafeyi naminə möhkəmlənməkdə davam edəcək.


Zati-aliləri, xahiş edirəm, mənim ən dərin ehtiramımı qəbul edin".


X X X


Omanın Sultanı Qabus bin Səiddən: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.


Bu xoş fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm".


X X X


Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.


Ölkələrimiz və xalqlarımız arasındakı səmimi dostluq münasibətlərini yüksək qiymətləndirir, bu çox dəyərli əlaqələrin möhkəmləndirilməsi üçün birgə səylərimizin davam edəcəyinə əminəm. Eyni zamanda, Sizi ötən ay Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna müvəffəqiyyətlə ev sahibliyi etməsi münasibətilə təbrik edirəm.


Uca Allah Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq bəxş etsin".


X X X


Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenadan: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə ölkənizin xalqına və Hökumətinə Şri-Lanka Hökuməti və xalqı adından xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.


Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri və sıx əməkdaşlıq daha da möhkəmlənəcək, gələcək illərdə də xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək.


Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına isə davamlı inkişaf və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".


X X X


San-Marino Respublikasının Kapitan-Regentlərindən: "Zati-aliləri. Milli bayramınız - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırır, Sizə möhkəm cansağlığı, dost ölkənizin xalqına tərəqqi, əmin-amanlıq və rifah diləyirik.


Zati-aliləri, xahiş edirik bizim ən dərin ehtiramımızı qəbul edin".


X X X


Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Namdan: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.


Ölkələrimiz arasında dostluq münasibətlərinin ümumi maraqlarımıza uyğun surətdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyimi bildirirəm.


Cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyət, ölkənizin dost xalqına sülh və firavanlıq diləyirəm".


X X X


BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdüləziz Al-Nasserdən: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan ilə sıx əlaqələrdən çox məmnundur.


Ötən ay gözəl Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə təşkilinə görə Sizə Alyansımız adından və şəxsən öz adımdan minnətdarlığımı çatdırıram. Bakıda olduğumuz müddətdə mənə və nümayəndə heyətimə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə təşəkkür edirəm.


Forumun müvəffəqiyyəti mədəniyyətlərarası dialoqun, tolerantlığın və qarşılıqlı anlaşmanın qlobal platformada yayılmasını təmin etdi. Qarşılıqlı anlaşmanın, tolerantlığın və dialoqun gücləndirilməsinə verdiyiniz dəstəyi alqışlayıram.


Cənab Prezident, əlamətdar bayram - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm".


X X X


Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkidən: "Zati-aliləri, əziz dostum. Azərbaycan milli bayramını - 28 May Respublika Gününü qeyd edir. Bu tarix müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Bu əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına dərin hörmətimi və dostluq ehtiramımı çatdırıram.


Bu bayramın çox böyük rəmzi mənası var. Qədim tarixə və zəngin ənənələrə malik olan Azərbaycan xalqı bu gün milli dövlət bayramını qeyd edir.


Atanız, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Prezident Heydər Əliyevin və Sizin sayənizdə ölkənizdə dövlət quruculuğu prosesi yenidən dirçəldi və yüksəklərə qalxdı. Bu gün Siz məğrur və müstəqil xalqa rəhbərlik edirsiniz. Bu xalq tərəqqisi, təhsili və müasir ölkəsi ilə fəxr edə bilər. Müasir müstəqil Azərbaycan Respublikasının tarixi baxımdan qısa dövr ərzində əldə etdiyi nailiyyətlər Sizin adınızla bağlıdır. Bu nailiyyətlər Sizin adınızı dünyada mənim şəxsən tanımağımdan şərəf duyduğum görkəmli rəhbərlər sırasına yazdı".


X X X


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan: "Möhtərəm cənab Prezident. 28 May - Respublika Günü münasibətilə Sizi Türk Şurasının Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.


Sizin rəhbərliyiniz ilə daha da güclənən ölkəmizin beynəlxalq arenadakı nüfuzu getdikcə möhkəmlənir və bu uğurlar bütün türk xalqlarının qürur mənbəyidir.


Sürətli inkişafı yalnız regionda deyil, qlobal miqyasda da hər kəs tərəfindən etiraf olunan Azərbaycan Respublikasından aldığı dəstək nəticəsində Türk Şurası irəlilədiyi yolda özünü daha da güvənli hiss edir.


Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə ən ülvi arzularımı bildirir, bütün Azərbaycan xalqına rifah, sağlamlıq və xoşbəxtlik diləyirəm".


X X X


Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovdan: "Zati-aliləri cənab Prezident. Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına Türkdilli Ölkələrin Parlament Assambleyasının adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.


Müsəlman Şərqində qurulan ilk respublika olaraq türk dünyasına zəngin irs bəxş etmiş və bu il yaradılmasının 98-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin müdrik və uğurlu rəhbərliyi nəticəsində siyasi, iqtisadi və mədəni sahələrdə aparıcı dövlətlərdən birinə çevrilərək dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir.


Zati-alinizin hərtərəfli dəstəyi sayəsində Azərbaycanın türkdilli dövlətlər arasında sürətlə inkişaf edən əməkdaşlığa verdiyi mühüm töhfəni çox yüksək qiymətləndiririk.


Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".


X X X


Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan: "Möhtərəm İlham Heydər oğlu. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Azərbaycan Respublikasının keçmişi və gələcəyi ilə sıx bağlı olan bu bayram müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələrini - Vətəni sevən, onu güclü və firavan dövlətə çevirməyə çalışan hər kəsi birləşdirən bir ölkənin müstəqilliyinin rəmzinə çevrilib. Rusiya Federasiyasının tərkib hissəsi olan Dağıstan Sizin ölkənizlə əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Azərbaycan Respublikasında Dağıstan Respublikası günlərinin keçirilməsi münasibətlərimizin genişlənməsinə böyük töhfə verib.


İcazə verin, bu xoş fürsətdən istifadə edib səfər zamanı səmimi qəbula görə dərin təşəkkürümü bildirim. Biz Sizin rəhbərliyiniz ilə iqtisadi və ictimai-siyasi dəyişikliklər istiqamətində Azərbaycanın qazandığı sanballı uğurların, ölkə vətəndaşlarının həyatının yaxşılaşmasının bir daha şahidi olduq.


Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, ölkənizin rifahına yönələn bütün niyyətlərinizin həyata keçməsini, Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".


X X X


Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən: "Çox hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün həştərxanlılar adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.


Biz xalqlarımızın tarixi dostluğunu yüksək qiymətləndirir və Azərbaycan xalqının bu bayram sevincini ürəkdən bölüşürük. Əminik ki, Azərbaycan Respublikası ilə Rusiyanın Həştərxan vilayəti arasında qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıq münasibətlərini bundan sonra da birgə səylərlə fəal surətdə davam etdirəcək, ölkələrimizin çoxşaxəli əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar tapacağıq.


Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən gözəl bayram ovqatı, can-sağlığı, xoşbəxtlik və Vətənin rifahı naminə fədakar əməyinizdə müvəffəqiyyətlər arzu edirəm".


X X X


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Qlıboçkodan: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.


Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın bütün sahələrində sanballı uğurlar qazanıb. Biz İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin elm-təhsil sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlığına ürəkdən şadıq. Bu əməkdaşlıq, ölkələrimizin firavanlığına, tibb elminin və təhsilin inkişafına töhfə verir.


Bu xoş fürsətdən istifadə edərək Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm".


X X X


İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldidan: "Əziz cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, ailənizə və bütün Azərbaycan xalqına İtaliya-Azərbaycan biznes ictimaiyyəti adından səmimi təbriklərimi çatdırıram.


Azərbaycan Respublikası həmişə multikulturalizm və tolerantlıq məkanı olub. İkitərəfli rəsmi biznes təşkilatı olaraq biz Sizin uzaqgörən rəhbərliyinizlə hökumətinizin beynəlxalq ticarətə verdiyi dəstəyi və töhfələri yüksək qiymətləndirir və buna görə Zati-alinizə minnətdarıq. Bu, ötən həftə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Biznes Sammitində beynəlxalq təşkilatlar tərəfindən etiraf olundu və yüksək qiymətləndirildi.


Əminəm ki, italiyalı və azərbaycanlı sahibkarlar arasındakı uğurlu iqtisadi əlaqələr və xalqlarımızın dostluğu bundan sonra da ölkələrimizin maraqlarına uyğun olaraq inkişaf edəcək.


Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".


X X X


Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri Entela Muçodan: "Zati-aliləri. Milli Bayramınız-Respublika Günü münasibətilə Sizi və ölkənizin xalqını Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.


Müsəlman Şərqində ilk demokratik respublikanın fəaliyyətini və dövlətçilik ənənələrini bu əlamətdar bayram günündə Sizinlə birlikdə xatırlamaq çox xoşdur.


Cənab Prezident, Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycanın və onun xalqının həmişə güclü, xoşbəxt və müstəqil olmasını diləyirik".


X X X


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan: "Çox hörmətli cənab Prezident. Azərbaycanın böyük bayramı - Respublika Günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Bu bayram Azərbaycanın zəngin tarixini təcəssüm etdirir. Çünki müsəlman Şərqində ilk parlamentli demokratik respublika məhz Azərbaycan Xalq Cümhuriyyəti olub.


Sizin diplomatik səyləriniz sayəsində bu gün Azərbaycan Cənubi Qafqazın şəksiz lideri, onun paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.


İsrail Dövləti yəhudi icmasına Azərbaycanın və şəxsən Sizin dünyada presedenti olmayan qayğıkeş və səmimi münasibətini yüksək qiymətləndirir. Dünyəvi dövlətə, tolerantlığa, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə istər İsrail cəmiyyətinin, istərsə də dünyanın başqa dövlətlərindəki yəhudi icmalarının dərin ehtiramını qazanmısınız.


Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs