news Image
2016.05.29
10:00
| A A A
Türkiyə prezidenti ABŞ-ın siyasətini tənqid edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PYD və YPG-ni dəstəkləməsini pisləyib. Bu barədə Movqe.az Anadolu Agentliyinə istinadən xəbər verir.


Türkiyənin dövlət başçısı qeyd edib ki, İŞİD, PYD və PKK terrorçuları arasında heç bir fərq yoxdur.


Qeyd edək ki, Vaşinqton PYD-ni terror təşkilatı kimi tanımaqdan boyun qaçırır.


ABŞ Türkiyə və terror təşkilatları arasında seçim etməlidir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


O, hesab edir ki, ABŞ-ın Suriyadakı "Demokratik İttifaq" (PYD) kürd partiyasının terror təşkilatı olmaması barədə bəyanatı sağlam düşüncəyə ziddir.


Nazir əlavə edib ki, Türkiyə PYD və PKK terrorçularının sıx əməkdaşlıq etməsi faktları barədə dəfələrlə məlumat verib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs