news Image
2016.05.30
15:00
| A A A
Bir sıra rəsmi şəxslər Prezident İlham Əliyevi təbrik ediblər

Bəhreyn Kralı Həməd bin İsa Al-Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.


Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət arzulayır, Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı tərəqqi və firavanlıq diləyirəm".


İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni dövlət başçısına təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə Ulu Tanrıdan möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına inkişaf və çiçəklənmə diləyirəm.


İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam həmrəyliyinin təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.


Zati-aliləri, üzv dövlətlərimizin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına Sizin verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.


Cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".


MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Xahiş edirəm, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimizi qəbul edin.


Dövlətçiliyin və suverenliyin möhkəmlənməsi yolunda inamla addımlayan müasir müstəqil Azərbaycan iqtisadi potensialını ardıcıl olaraq gücləndirir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir.


Sizə-görkəmli siyasi və dövlət xadiminə və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, firavanlıq və tərəqqi arzu edirəm.


Möhtərəm İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq diləyirəm".


Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli dövlət başçısına təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Rusiya Rəssamlıq Akademiyasının Rəyasət Heyəti, Rusiya rəssamları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.


28 May - Respublika Günü ölkənizin tarixində çox əlamətdar hadisədir. Məhz 1918-ci ilin həmin may günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilib. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan bu gün çiçəklənən ölkəyə çevrilib. Bu uğurların qazanılmasında Sizin mühüm rolunuz əvəzsizdir. Akademiyamız yaradıcılıq layihələrinə və təşəbbüslərinə Sizin diqqət və qayğınızı, həmçinin mədəniyyətin, incəsənətin və ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun inkişafına töhfələrinizi yüksək dəyərləndirir.


Çox hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını bir daha səmimi qəlbdən təbrik edirik.


Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər, xoşbəxtlik, sülh və rifah diləyir, bütün niyyətlərinizin və təşəbbüslərinizin uğurla həyata keçməsini arzulayırıq".


Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Matveyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktorluğu və çoxmillətli kollektivi adından səmimi qəlbdən ürəkdən təbrik edirik.


Azərbaycanın elmi mərkəzləri ilə BNTİ arasında Sizin Hökumətin fəal dəstəyi ilə dinamik inkişaf edən elmi-texniki əməkdaşlığın yüksək səviyyəsini məmnunluq hissi ilə qeyd edirik.


Əminəm ki, Azərbaycanın elmi mərkəzləri bizim institutun bazasında nüvə elmləri və müvafiq sahələr üzrə perspektivli layihələrin reallaşmasında bundan sonra da fəal iştirak edəcək.


Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzu edirəm".


Rusiya Federasiyasının Dağıstan Respublikası Dərbənd Rayon Bələdiyyə Administrasiyasının rəhbəri Məhəmməd Cəlilov dövlət başçısına təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Əlamətdar bayram - Respublika Günü münasibətilə Sizi və Zati-alinizin şəxsində bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.


Biz, Dağıstanda yaşayan azərbaycanlılar öz düşüncə, ümid və əməllərimizi həmişə Azərbaycan və onun xalqı ilə bağlamışıq, dərdini dərdimiz bilmişik, uğurlarına sevinmişik və bundan sonra da belə edəcəyik.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənizin tərəqqisi istiqamətində böyük işlər görüb.


Möhtərəm İlham Heydər oğlu, Siz də Ulu Öndərin işlərinin layiqli davamçısı olaraq Azərbaycanın gələcək inkişafına və firavanlığına böyük töhfələr verirsiniz.


Hörmətli Prezident, Sizə möhkəm cansağlığı və uzun ömür arzu edirik.


Qoy, Sizin rəhbərliyinizlə Azərbaycanın səması həmişə dinc və aydın olsun".


Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir: "Xahiş edirəm, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.


Müstəqil Azərbaycan Respublikası son illərdə sürətlə inkişaf edərək iqtisadi, siyasi, ictimai və sosial sahələrdə sanballı nailiyyətlər qazanıb. Ölkədə əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində əsas məsələlər müvəffəqiyyətlə həll olunur. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr arasında layiqli yer tutur.


Cənab Prezident, əlamətdar bayram münasibətilə Sizə və bütün Azərbaycan xalqına sağlamlıq, sülh, xoşbəxtlik, firavanlıq, qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlar arzu edirəm".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs