Əlaqə Arxiv
news Image
2016.05.31
11:18
| A A A
Əli Həsənov: Azərbaycanın bütün dövlətlərlə münasibətləri çox rəvandır

"Azərbaycanın bütün dövlətlərlə, həmçinin, ABŞ və Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətləri çox rəvandır, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənir".


Movqe.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.


Ə.Həsənov deyib ki, bu əlaqələr daxili işlərə qarışmamaq və bir-birinin maraqlarını ifadə etmək əsasında qurulub: "Təbii ki, bu ölkələr sırasında ABŞ da xüsusi əhəmiyyət kəsb edir. Bizim bütün sahələrdə bu ölkələrlə münasibətlərimiz rəvandır".

Sizin Reklam Yeriniz