Əlaqə Arxiv
news Image
2016.06.02
08:00
| A A A
Ərdoğan afrikalı prezidenti atalar sözü ilə güldürdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Uqanda prezidenti Yoveri Museveni ilə birlikdə keçirdiyi mətbuat konfransında maraqlı anlar yaşanıb.


Movqe.az anspress-ə istinadən bildirir ki, Türkiyə prezidentinin "əti çeynəyə bilən dişlər, birlikdə olan dişlərdir" mənasını verən Uqanda atalar sözünü deməsi Musevenini güldürüb. Türkiyə prezidentinin afrikalı həmkarı əlini masaya vuraraq gülüb. 


"2004-cü ildən etibarən Somalinin inkişafı üçün bölgə ölkələri ilə birlikdə böyük səy göstəririk. Uqandanın xüsusi ilə səy göstərdiyini vurğulamaq istərdim. Burada bir atalar sözünü xatırlatmaq istərdim. "Əti çeynəyə bilən dişlər, birlikdə olan dişlərdir", - deyə prezident çıxışı zamanı bildirib. 


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın Uqanda Respublikasına səfəri bu gecə başlayıb. 

Sizin Reklam Yeriniz