news Image
2016.06.02
10:10
| A A A
Düşmən ölkəyə təzyiqlər artır
İlqar Vəlizadə: “Bütün hallarda danışıqlar prosesində irəliləyişlər təzyiqlər fonunda olacaq” Qabil Hüseynli: “Azərbaycan diplomatiyasının hücumçu mövqeyini gücləndirməsinə ehtiyac var”

Aprel döyüşlərindən sonra Qarabağ problemi beynəlxalq təşkilatların, güclərin diqqət mərkəzindədir. Minsk qrupu həmsədrləri, Avropa İttifaqı, hətta NATO da Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini bildirirlər. Bu fonda isə sülh danışıqları üçün Ermənistana qarşı beynəlxalq təzyiqlər gündəmə gəlir ki, siyasilər bu məsəəlyə fərqli yanaşırlar.

Politoloq İlqar Vəlizadə bildirdi ki, bu günə qədər beynəlxalq qurumlar Ermənistana qarşı təzyiqlər göstərməyib: "İndi də bu təcrübədən əl çəkmirlər. Siyasətlərində heç təzyiq elementlərindən istifadə etmirlər. Bu da Ermənistanda arxayınçılıq yaradıb. Təzyiqlərdən qaçma praktikası müharibəni qaçılmaz edir. Əgər beynəlxalq təşkilatlar təzyiq etməsələlər, Azərbaycan məcburən təzyiqi özü edəcək. Ermənilər isə təzyiqsiz torpaqları boşaltmayacaqlar, mövqelərində dəyişiklik etməyəcəklər. Təzyiq isə iki varinatda ola bilər. Birincisi, beynəlxalq qurumlar təzyiq etməlidirlər. İkincisi isə Azərbaycan bunu edəcək. Bütün hallarda danışıqlar prosesində irəliləyişlər təzyiqlər fonunda olacaq" .

Digər politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistana qarşı təzyiqlər nəzəri olaraq mümkündür: "Bunun üçün Azərbaycan diplomatiyası yaxşı işləməlidir. Ona görə də Azərbaycan həmin təşkilatların "dili"ndən tutmalıdır. Onlar deyirlər ki, işğal edilmiş ərazilərdən bütün erməni qoşunları çıxarılmalıdır.

Avropa Parlamentinin sədri Martin Şults da dəfələrlə belə fikirlər səsləndirib. Gözəl bəyanatdır. Biz isə bu ifadələrdən ən azından Avropa İttifaqının bəyanatına nail olmalıyıq. Eyni sözləri, ABŞ, Almaniya, hətta Fransa da deyir. Bunları bəyanata, siyasi mövqeyə çevirmək lazımdır ki, Azərabaycan da danışıqlar masasında bu bəyantlardan qarşı tərəfə təzyiq aləti kimi istifadə edə bilsin. Ona görə də bu məsələdə Azərbaycan diplomatiyasının hücumçu mövqeyini gücləndirməsinə ehtiyac var".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs