Əlaqə Arxiv
news Image
2016.06.02
18:40
| A A A
“Soyqırım” qətnaməsi: Türkiyə Almaniyadan səfirini geri çağırdı

Türkiyə XİN Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" qətnaməsini qəbul etməsinə cavab olaraq bu ölkədən səfirini geri çağırıb.Movqe.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, səfir Hüseyn Avni Karslıoğlu (əvvəl Bakıda səfir olub) bu gün axşam saatlarında İstanbula gələcək. Onun "məsləhətləşmələr üçün" geri çağırıldığı bildirilir. Hələlik Türkiyə prezidenti Ərdoğanın və hökumətin Bundestaqın qərarına reaksiyası məlum deyil. Bununla belə AKP sözçüsü Yasin Aktay Almaniya parlamentindəki səsvermənin iki ölkə münasibətlərinə ciddi zərər verdiyini deyib.


Sizin Reklam Yeriniz