Əlaqə Arxiv
news Image
2016.06.02
16:37
| A A A
"Azərbaycan diasporu Türkiyənin yanında olacaq"- Komitə sədri

"Azərbaycan həmişə Türkiyənin yanında olub və bundan sonra da belə olacaq".  Movqe.az-ın xəbərinə görə, bunu Almaniya Bundestaqında uydurma "erməni soyqırımı"nın tanınmasına münasibət bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Komitə sədri bildirib ki, Almaniya Bundestaqında "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanan qətnamənin qəbulu ilə bağlı bundan sonra nə baş verəcəksə, Azərbaycan Türkiyə ilə bir yerdə olacaq: "Belə hallar dəflərlə olub. İsrail parlamentində də belə bir addıma cəhd edildi. Amma Azərbaycan diasporunun da fəallığı nəticəsində bunun qarşısı alındı. Yenə də Azərbaycan diasporu Türkiyənin yanında olacaq, bununla bağlı hansı addımlar atılacaqsa, biz Türkiyəyə dəstək verməyə hazırıq. Bu halın niyə baş verdiyini aydınlaşdırmaq lazımdır. Erməni təxribatının qarşısı bizim birgə səyimiz nəticəsində alınmalıdır və alınacaq".

Sizin Reklam Yeriniz