news Image
2016.06.02
23:00
| A A A
İranla Ermənistan viza rejimini ləğv etdi

Ermənistan hökumətinin bu gün keçirilən iclasında İrəvanla Tehran arasında ölkəyə giriş vizalarının ləğv edilməsi haqqında saziş təsdiqlənib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu məsələ son günlər gündəmdə idi. Bundan əvvəl Ermənistan Nazirlər Kabinetinin rəsmi saytında hökumətin növbəti toplantısında vizaların ləğv edilməsi haqqında sazişin müzakirə ediləcəyi haqda məlumat dərc edilmişdi. Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək ölkə ərazisində qala biləcəklər. Məlumatda qeyd olunur ki, razılaşma həm də iki ölkə arasında gələcəkdə iqtisadi, ticarət və digər əlaqələrin güclənməsi və tənzimlənməsinə xidmət edəcək. Bu gün Ermənistan və İran xüsusilə enerji sahəsində ciddi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəqliyyat, ekologiya, səhiyyə, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahəsində də aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs