Əlaqə Arxiv
news Image
2016.06.03
09:00
| A A A
Ermənistan yenə terrorə əl atır
Akif Nağı: “Dünya Ermənistanı terrorçu dövlət olaraq tanımalıdır” Elman Məmmədov: “Ermənilər yeni təxribatlar hazırlamaq fikrindədir”

Erməni işğalçıları yenidən ASALA terror təşkilatının fəaliyyətini bərpa etməyə hazırlaşır. Bu barədə özləri belə açıqlama ilə çıxış edirlər. Ermənilərin gizli milli azadlıq ordusu kimi təqdir etdiyi, lakin bütün dünyada terror təşkilatı olaraq tanınan ASALA-nın döyüşçüsü Alek Enigomsyan da faktı təsdiq edir. Bu hal bir daha onu göstərir ki, Ermənistan terrora dəstək verən, onu maliyyələşdirən ölkələr sırasında yer almaqda davam edir. Həm də onun göstəricisidir ki, Ermənistan aprel məğlubiyyətindən sonra yenidən terrora önəm verir. Hazırda dünyada terrorla ciddi mübarizə gedir. Lakin görürük ki, dünyanın terrora qarşı ciddi mübarizə apardığı bir vaxtda Ermənistan ənənəsinə sadiq qalaraq terrorçu fəaliyyətini daha da genişləndirməyi düşünür və bu məqsədlə də ASALA-nı dirçəldir.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə, dünya Ermənistanı terrorçu dövlət olaraq tanımalıdır: "Hazırda onsuz da ASALA-nın fəaliyyəti hiss olunmur, onun ancaq adı qalıb. Buna baxmayaraq, Ermənistanın bu terror təşkiatının fəaliyyətini bərpa etmək niyyətinin qarşısı alınmalıdır. Azərbaycan Ermənistanın bu hərəkətinə qarşı rəsmi şəkildə etirazını bildirməlidir. Bu istiqamətdə beynəlxalq təşkilatlara müraciət olunmalıdır.

ASALA beynəlxalq terror təşkilatları siyahısına düşən terrorçu qrupdur. Dünya ölkələri də bu hərəkətinə görə Ermənistani ittiham etməlidir. Ermənilər terrorçulara bu cür yanaşırsa, Ermənistanı terrorçu dövlət kimi tanımalıdırlar".

Milli Məclisin deputatı Elman Məmmədov isə dünya tərəfindən ASALA terror təşkilatına qarşı hansısa bir addımlar atılacağını zənn etmir. Çünki həmsöhbətimizə görə, dünya gücləri indilikdə bunda maraqlı deyillər: "Əslində, Ermənistan terrorçu ASALA təşkilatının fəaliyyətini dayandırmamışdı ki, yenidən bərpa etsin. ASALA-dan başqa ermənilərin rəsmi qeydsiyyatda olan terror təşkilatları vardır. İrili-xırdalı onların 30-dan çox terror təşkilatları mövcuddur. Onlar arasında da ən güclüsü ASALA-dır.

Bu terror təşkilatının dünyanın bir çox yerlərində qərargahları da fəaliyyət göstərir. Vaxtilə bu terror təşkilatı Türkiyəyə qarşı terror həyata keçirdiyindən qeyri-rəsmi olaraq bir sıra Avropa dövlətləri öz ərazilərində onların fəaliyyətinə icazə vermişdilər. Birinci Qarabağ savaşında da ASALA terror təşkilatının liderləri Qarabağda Azərbaycana qarşı qanlı hadisələr, soyqırım, kütləvi qırğınlar törədib. Bu gün də onlar Ermənistanda geniş şəbəkəyə, təlim düşərgələrinə malikdirlər. İndi də guya belə fikirlər səsləndirirlər ki, ASALA fəaliyyətini Qarabağa yönləndirərək cəbhə bölgəsində fəaliyyət göstərəcək. Burada toplaşanlar muzdlu döyüşçülər, təlim keçmiş quldurlardır. İndi də baş quldur olan Serj Sarkisyanın göstərişi ilə cəbhə bölgəsinə gəlib orada yerləşmək niyyətindədirlər. Bu da onu göstərir ki, ermənilər yeni təxribatlar hazırlamaq fikrindədir. Ermənistanın prezidenti, müdafiə naziri, deputatları azad etdiyimiz torpaqları guya yenidən işğal etmək istəyir. Amma bunu bacarmayacaqlar. Bu məqsədlə onlar təkcə ASALA-nı deyil, dünyada fəaliyyət göstərən digər muzdurları da dəvət edirlər.

Qarabağda ermənilərin sayı azaldığından orada yaşı 60-dan yuxarı insanları səngərlərə göndərirlər. Habelə səngərlərə göndərmək üçün məktəb uşaqlarına da təlim keçirlər. Ona görə də separatçılar hazırda terror təşkilatlarında fəaliyyət göstərən muzdlulardan istifadə etməyi qərara alıblar. Dünyanın böyük dövlətlərinin guya 50-70 il bunqan öncə bu terror təşkilatlarının nə məqsədlə yaradıldığından xəbəri olmayıb ki? ASALA yaradılanda yaradıldığı ərazidə ona ilkin maliyyə dəstəyi oldu, fəaliyyətinə göz yumuldu. Həmin dövlətlər təəssüf ki, buna da gediblər, onları təlimatlandırıb, öyrədib, maliyyə ilə təmin ediblər. Taliban, Əl-Qaidə, İŞİD, Hizbullahı, Həmas, PKK, ASALA-nı maliyyələşdirən dövlətlər və təlim keçən təlimatçılar da məlumdur. Məhz belə terror təşkilatları onlar tərəfindən nəzarətdə saxlanılır və istənilən vaxt hər hansı bir dövlətdə pozuculuq işi aparmaq, terror törətmək üçün dünyanın istinilən bölgəsinə istiqamətləndirilib. Yoxsa, Ermənistan kimi cılız bir dövlətin nə cürəti var ki, terror təşkilatı yarada və fəaliyyətini davam etdirib onu maliyyələşdirə. Təbii ki, onların maliyyə dəstəyi də başqa mənbədəndir. Bunu tək ASALA üçün deyil, bütün terror təşkilatlarına aid etmək olar".

Sizin Reklam Yeriniz