news Image
2016.06.03
10:40
| A A A
Türkiyənin siyasi partiyaları Bundestaqın qətnaməsini pisləyən birgə bəyanat qəbul ediblər

Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası  (MHP) Almaniya Bundestaqının uydurma "erməni soyqırımı"nın tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.     

 

Movqe.az-ın məlumatına görə, birgə bəyanatda deyilir: "Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmirik və qəti pisləyirik. Bu qətnamə və hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb".  

 

Bəyanatda qətnamənin  səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.  

 

Qeyd edək ki, kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.  

 

Xatırladaq ki, Almaniya Bundestaqı bu gün uydurma "erməni soyqırımı"nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

 

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Almaniya parlamentinin qərarının Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcəyini bildirib. /apa

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs