Əlaqə Arxiv
news Image
2016.06.03
11:05
| A A A
Prezident İlham Əliyev: Serj Sarkisyan yalan danışmaqda Ginnesin rekordlar kitabına düşə bilər

Serj Sarkisyan mayın 31-də Astanada Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərkən 4 dəfə yalan danışıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.


Dövlət başçısı qeyd edib: "Sarkisyan deyib ki, aprelin əvvəlində Azərbaycan erməni təxribatlarına cavab verərək əks hücuma keçərkən işğal edilmiş ərazilərdən 800 hektarı geri alıb: "Amma bu yalandır, çünki Azərbaycan 2000 hektarı geri qaytarıb və böyük əraziyə nəzarət edir".


İlham Əliyev deyib ki, "Qarabağ ordusunun" vəziyyətə nəzarət etməsi barədə Serj Sarkisyanın bəyanatı isə növbəti yalandır: "Çünki "Qarabağ ordusu" mövcud deyil və işğal edilmiş ərazilərdə Ermənistan hərbçiləri var".


Prezident İlham Əliyev bildirib ki, Serj Sarkisyan yalan danışmaqda Ginnesin rekordlar kitabına düşə bilər və bu özünəməxsus rekord ola bilər.

Sizin Reklam Yeriniz