Əlaqə Arxiv
news Image
2016.06.03
13:16
| A A A
İlham Əliyev: Azərbaycan dünya miqyasında investisiya, sərmayə qoyuluşu üçün ən cəlbedici ölkələrdən biridir

Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdir. Mən bunu alqışlayıram. Bu çox müsbət haldır. Bu xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda xaricdə yaşayan iş adamları Azərbaycanda yaşayan qohumlarına da köməklik göstərirlər. Bu da burda yaşayanlar üçün çox önəmlidir.


Bunu Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.


Dövlət başçısı qeyd edib: "Mən çox istədim ki, xaricdə yaşayan iş adamları Azərbaycana sərmayə qoysunlar. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxaq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycanda sərmayə mühiti yaxşıdır, biznes mühiti günü gündən yaxşılaşır, bütün bürokratik əngəllər aradan götürülür. Xüsusilə bu ilin əvvəlində imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır, bütün bürokratik əngəllər aradan götürülüb, şəfafflıq tam təmin edilib və bunun nəticələrini biz gündəlik həyatda görürük. Beytnəlxalq mötəbər qurumların hesabat və bəyanatlarında biz bunu görürük. Ona görə də investisiya, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Bu gün sərmayə qoyuluşu problemləri, o cümlədən bazarlarla da. Çünki dünyada, yaşadığımız bölgədə, yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir".


Prezident sonra deyib ki, yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur: "Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır və bu gözəl biznes imkanları üçün də gözəl şərait yaradılır. Ona görə bir daha demək istəyirəm, böyük maliyyə imlkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatına, sənaye, turizm sektoruna, yüksək texnologiyalar sektoruna. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti tərəfindən, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur. Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar həmişə öz Vətənlərinə bağlı insanlar kimi özlərini göstəriblər".

Sizin Reklam Yeriniz