news Image
2016.06.03
14:15
| A A A
Kaspşikin ofisinin genişləndirilməsi ilə bağlı sənəd Azərbaycan və Ermənistana təqdim edilib - BƏYANAT

"Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər".

 

Movqe.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin 31 may tarixində Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və 2 iyun tarixində Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı yaydıqları bəyanatda bildirilir.

 

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrini şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

 

Həmsədrlər ATƏT-in fəaliyyətlə olan sədrinin xüsusi nümayəndə ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini tərəflərin baxması üçün nazirlərə təqdim ediblər: "Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs